Unibank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı möhtəşəm layihəyə imza atıb. Bankın marketinq bölümünün təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında rolu olan böyük şəxsiyyətlərin portlretlərini və tariximizin o dövrü ilə bağlı hadisələri əks etdirən fotolardan ibarət poçt kartlar toplusu çap edilib.
Yüksək dizaynla hazırlanmış və keyfiyyətlə çap edilən poçt kartlar arasında indiyə kimi geniş ictimaiyyətə açıqlanmayan orijinal fotolar da var. 20 fotodan ibarət olan poçt kartlar satiş deyil ictimaiyyəti maarifləndirmək və tariximizə bir töhfə vermək məqsədi ilə buraxılıb. Bu baxımdan layihə xüsusi önəm kəsb edir.
Poçt kartlar gələcək nəsillərə bu materialları çatdırmaq məqsədi ilə həmçinin ölkənin əsas kitabxanalarına və arxivlərinə də veriləcək.
Poçt kartların arxasında onların aid olduğu şəxsiyyətlər və hadisələr barədə də məlumat yer alıb.
Unibankın bu layihəsi öz orijinallığı və tarixi əhəmiyyəti baxımından təqdirə layiq və nümunəvidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !