• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Unibank növbəti istiqraz buraxılışı həyata keçirir

Unibank növbəti istiqraz buraxılışı həyata keçirir
17.11.2022 17:18
"Unibank Kommersiya Bankı” ASC-nin Müşahidə Şurasının 25 oktyabr 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 12 000 ədəd sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazlarının emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 noyabr 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.  

Bu istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanınır və "Unibank”ın II dərəcəli kapitalının artırılması məqsədilə həyata keçirilir. Emissiyanın həcmi 12 milyon ABŞ dollarıdır. İstiqrazların  illik faiz dərəcəsi 8% olmaqla, faiz ödənişi hər 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq həyata keçirilir. Tədavül müddəti 6 il olan istiqrazların əldə edilməsi üçün məhdudiyyətlər yoxdur. İstiqrazlar Bakı Fond Birjasının daxili qaydaları əsasında kütləvi təklif üsulu ilə hərrac vasitəsi ilə yerləşdiriləcək. Yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesi nəticəsində, Bankın kapitalının il ərzində ümumilikdə 29 milyon manatdan çox artırılması nəzərdə tutulub. Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb və Bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub.  Kapitallaşma proqramı subordinasiya borcunun cəlbi və əlavə səhm buraxılışı olmaqla  ilə iki komponentdən ibarətdir.

Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. 

Unibank-Sənin Bankın!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
İqtisadiyyat 16:05
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol