Universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTO

19:40 | 24.06.2016
Universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTO

Universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTO

2016-cı ilin iyunun 23-də Neft-Kimya Prosesləri İnstitutu, Sumqayıt Dövlət Universiteti və Qafqaz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Təhsil və Elm arasında inteqrasiya sahəsində AMEA-nın prezidenti akademik Akif Əlizadənin və Təhsil Naziri Mikayıl Cabbarovun təkliflərinə uyğun olaraq Neft-Kimya Prosesləri İnstitutu, Sumqayıt Dövlət Universiteti və Qafqaz Universiteti əməkdaşlıq müqaviləsi imzalamışdır. Müqavilədə bakalavr və magistr pillələri üzrə tələbə hazırlığı, fəlsəfə doktorları və elmlər doktorları hazırlığı üzrə əməkdaşlıq nəzərdə tutulur.

Hər iki universitetin tələbələri Neft-Kimya Prosesləri İnstitutunda praktika keçəcəklər.

Neft-Kimya Prosesləri İnstitutunda mövcud olan ən müasir analitik cihazlardan tələbələrin təmənnasız olaraq istifadəsinə şərait yaradılacaqdır.

Birgə elmi konfransların təşkili, birgə müəllifliklə dərsliklərin və dərs vəsaitlərinin yazılıb nəşr edilməsi nəzərdə tutulur.

Hər iki universitetin müəllimləri də plana uyğun olaraq Neft-Kimya Prosesləri İnstitutunda ixtisas artırma kursu keçəcəkdir.

Birgə qrant layihələrinin hazırlanması və icrası da müqavilədə nəzərdə tutulan işlərdəndir.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb