Uşaqlara Allahverdi, İmamqulu adları qoyulmayacaq

12:15 | 21.09.2015
Uşaqlara Allahverdi, İmamqulu adları qoyulmayacaq

Uşaqlara Allahverdi, İmamqulu adları qoyulmayacaq


Milli Elmlər Akademiyası Azərbaycanda uşaqlara adların verilməsi ilə bağlı tətbiq olunacaq yeni qaydalarla bağlı tövsiyələri Nazirlər Kabinetinə təqdim edib. Bunu Trend-ə Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

Tövsiyələrə görə, iki-üç mərhələli mürəkkəb adların qoyulması məsləhət deyil. Həm də adların milli mənsubiyyəti olmalıdır: "Bəzən uşaqlara milli mənsubiyyətə uyğun olmayan adlar qoyurlar. Misal üçün Vera, Zara və s. Eyni adların müxtəlif cür yazılması məsələsi də tövsiyələr arasında öz əksini tapıb. Məsələn, "Mehti” - "Mehdi”, "Müşvik" - "Müşfiq" kimi adlardan yalnız biri yazılacaq”.

N.Cəfərov əlavə edib ki, iki və ya üç adın birləşməsindən ibarət adın qoyulması da tövsiyə olunmur: "İki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub.  Mümkün qədər Allahverdi, İmamqulu kimi adların qoyulması tövsiyə olunmur”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM