Useyn Bolt avtobusdan sürətli oldu - VİDEO

11:30 | 15.12.2013
Useyn Bolt avtobusdan sürətli oldu - VİDEO

Useyn Bolt avtobusdan sürətli oldu - VİDEO

Altıqat Olimpiya çempionu yamaykalı Useyn Bolt avtobusla yarışıb. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, "Dünyanın ən sürətli adamı" avtobusu ötmək üçün çox güc sərf etməyib. İlk metrlərdən yamaykalı idmançı başa düşüb ki, avtobusdan çox sürətlidir. Bundan sonra o, sürətini azaltsa da avtobusun bir metr önündə finiş xəttini keçib. 

Useyn Bolt şoudan sonra jurnalistlərin suallarını cavablandırarkən əsas hədəfinin 2016-cı ildə keçiriləcək Olimpiadada 100 və 200 metr məsafələrə qaçışda öz rekordunu yeniləmək olduğunu bildirib. 

Xatırladaq ki, Useyn Bolt 2008 Pekin və 2012 London Olimpiadalarında 100, 200 metr məsafə və 4х100 metr estafet yarışının qalibi olub. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM