Useyn Bolt futbol millisinə dəvət aldı

10:00 | 02.11.2014
Useyn Bolt futbol millisinə dəvət aldı

Useyn Bolt futbol millisinə dəvət aldı

Altı qat olimpiya çempionu sprinter Useyn Bolt futbol millisinə cəlb oluna bilər.
ANS PRESS-in məlumatına görə, millinin çalışdırıcısı Vinfrid Şefer yamaykalını öz komandasında görmək istəyir.
Şeferin sözlərinə görə, Boltun futbol üzrə milliyə dəvət edilməsi 2016-cı il Olimpiya oyunlarından sonraya planlaşdırılır.
"Bolt yamaykalıdı və mən onu komandamda görmək istərdim. Bu barədə onun özündən xahiş edəcəm. Ümid edirəm o ölkəsi üçün oynamağa razılıq verəcək. Bu bizim ümumi məqsədimizdir”, - deyə almaniyalı mütəxəssis bildirib.
Qeyd edək ki, Useyn Bolt 6 qat olimpiya çempionu, 8 qat dünya çempionudur. O, 100 və 200 metr məsafələrdə dünya rekorduna sahibdir.
ANS PRESS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb