Vaqif Cavadov Türkiyədə ilk qolunu vurdu - VİDEO

10:29 | 01.09.2014
Vaqif Cavadov Türkiyədə ilk qolunu vurdu - VİDEO

Vaqif Cavadov Türkiyədə ilk qolunu vurdu - VİDEO

Türkiyə PTT 1-ci Liqasında yeni mövsümə start verilib

Futbol üzrə Türkiyə I divizionunda ilk turun oyunları davam edir.ANS PRESS-in məlumatına görə, milli komandamızın 3 üzvü – Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budağın komanda şərəfini qoruduğu "Qaziantep BB" komandası öz meydanında "Boluspor"la qarşılaşıb.Yığmamızın üzvlərinin hər üçü "Boluspor"la oyuna start heyətdə çıxıb və 90 dəqiqə meydanda olublar. Onlardan sadəcə Cavadov fəqlənə bilib. Lakin onun 34-cü dəqiqədə vurduğu bu qol qələbə üçün yetərli olmayıb.Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.Qeyd edək ki, Cavadov Türkiyənin birinci divizion təmsilçisi “Qaziantep BB”la bu ilin iyun ayında iki illik müqavilə imzalamışdı.  ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb