Vaqif Dərgahlı: "Ermənistan tərəfinin yaydığı videomateriallar köhnədir"

11:41 | 29.09.2020
Vaqif Dərgahlı:

Vaqif Dərgahlı: "Ermənistan tərəfinin yaydığı videomateriallar köhnədir"

"Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb".

Anews.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

"Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir", - nazirlik rəsmisi deyib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb