Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş konsert

20:57 | 18.03.2015
Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş konsert

Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş konsert

Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə martın 17-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
 
APA-nın məlumatına görə, tədbirin əvvəlində konsertin aparıcısı Rahib Azəri və 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Akif Süleymanbəyli V.Mustafazadənin həyat və yaradıcılığından danışıblar.
 
Konsert proqramında A.Süleymanbəylinin rəhbərliyi altında məktəbin müəllim və şagirdlərinin ifalarında Vaqif Mustafazadənin, Rauf Hacıyevin, Tofiq Quliyevin, Əlibaba Məmmədovun caz üslubunda oranjiman edilmiş əsərləri, habelə Qərbin klassik və caz musiqisi səslənib.
 
Tədbir məktəbin uşaqlardan ibarət "Aysel” rəqs qrupunun ifasında "Azərbaycan” rəqs-kompozisiyası ilə başa çatıb.


ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb