Vaqifsayağı caz olacaq

11:30 | 15.03.2015
Vaqifsayağı caz olacaq

Vaqifsayağı caz olacaq

Vaqif Mustafazadənin 75 illik yubileyi münasibətilə "Vaqifsayağı” caz festivalı keçiriləcək.

ANS PRESS-in məlumatına görə, festival martın 16-da "İçərişəhər”də keçiriləcək festivalda ölkənin tanınmış və gənc caz ustalarının iştirakı gözlənilir. İki hissədən ibarət olacaq "Vaqifsayağı” ənənəvi caz festivalı Vaqif Mustafazadənin məzarını ziyarətlə start götürəcək, qonaqlar və media nümayəndələri "İçərişəhər”də sənətkarın ev muzeyində xatirə günü keçirəcəklər.

Vaqif Mustafazadənin ev-muzeyində qonaqlar nadir eksponatlarla tanış olacaqlar.

Festivalda caz ustaları Vaqif Mustafazadənin ifa etdiyi mahnıların müəyyən hissəsini eyni tərzdə, digər bir parçasını isə özünəməxsus şəkildə ifa edəcəklər.

Qeyd edək ki, "Vaqifsayağı” caz festivalı Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Azərbaycan Dövlət Filarmoniyasının texniki dəstəyi və "Voice of Azerbaijan” televiziya agentliyinin təşkilatçılığı baş tutacaq.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb