Vasif Talıbov dini tədbirdə - FOTO

21:21 | 09.01.2015
Vasif Talıbov dini tədbirdə - FOTO

Vasif Talıbov dini tədbirdə - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  Peyğəmbərin mövludu günü ilə bağlı tədbirə qatılıb

İslam aləmində müqəddəs sayılan günlərdən biri də hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən mövlud gecəsidir. Mövlud gecəsi islam dininin banisi, onun təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin doğum günüdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidinə gəlib, Həzrəti Məhəmməd Peyğəmbərin mövlud günü münasibətilə keçirilən tədbirdə iştirak edib.

Tədbirdə Qurani -Kərimdən ayələr oxunub, xalqımıza əmin-amanlıq, ölkəmizə inkişaf və tərəqqi arzulanıb.

Muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilib.

ANN.Az
 
 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM