Vasif Talıbov son qərarını verdi

14:30 | 03.11.2014
Vasif Talıbov son qərarını verdi

Vasif Talıbov son qərarını verdi

Vasif Talıbov "Araz-Naxçıvan"ın fəaliyyətinin dayandırması göstərişini verib

Bu gün səhər saatlarında fəaliyyətini dayandıran Premyer Liqa klubu "Araz-Naxçıvan"ın ölkə futbolunda şok effekti yaradan addımının səbəbi məlum olub. 

Arqument.az-ın əldə etdiyi məlumata görə, komandanın dağılamasının əsəs səbəkarı Hakimlər Komitəsidir. 

Məlumatda bildirilir ki, carı mövsüm başlayandan bəri hakimlərin qərəzli idarəçiliyinin qurbanı olan klubun səbr kasası dolub və rəhbərlik səviyyəsində məsləhətləşmələrdən sonra belə qərar qəbul olunub. 

Mənbə onu da bildirir ki, "Araz-Naxçıvan"ın Premyer Liqadakı oyunlarını izləyən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov kluba qarşı hakimlərin haqsız mövqeyinin şahidi olsa da, müəyyən müəddət ərzində gözləməyi lazım bilib. Lakin son turda "Qarabağ"la matçda rəqib komandanın vurduğu dördüncü qolda yan hakimin kobud səhvindən əsəbləşən Vasif Talıbov komandanın fəaliyyətinin dayandırması göstərişini verib. 

Qeyd edək ki, "Araz-Naxçıvan" klubunun məqsədi yalnız yerli futbolçulardan ibarət komanda yaratmaq idi və heyətdə yalnız azərbaycanlı futbolçular təmsil olunurdu.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb