Vasif Talıbovun oğluna rütbə verildi

11:38 | 17.03.2018
Vasif Talıbovun oğluna rütbə verildi

Vasif Talıbovun oğluna rütbə verildi

Prezident İlham Əliyev martın 16-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Məlumata görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Talıbov Rza Vasif oğluna III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. 

Qeyd edək ki, Bakı Dövlət Universitetini bitirmiş Rza Talıbov əvvəllər Naxşıvanda fəaliyyət göstərən "Gəmiqaya Holdinq”in prezidenti olub. Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatının Şura üzvüdür.

Məlumat üçün bildiririk ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun iki oğlu var - Rza və Seymur Talıbovlar.
Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov isə elm sahəsində çalışır. Onun Naxçıvan şəhərindəki 12 saylı orta məktəbi bitirəndən sonra London Universitetində ali təhsil aldığı bildirilir. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb