Jurnalist Rasim Əliyevin işi ilə
bağlı zərəçəkən tərəfin vəkili "Qəbələ" futbol klubunun rəhbərliyini
yanlış informasiya yayımlamaqda ittiham edir.
"Bu günlərdə "Qəbələ" futbol klubunun vitse-prezidenti Fariz Nəcəfov mətbuata açıqlamasında bildirib ki, Cavid
Hüseynovun üstündən jurnalist Rasim
Əliyevin qətlində təşkilatçı olma ittihamı götürülüb. Halbuki Cavid Hüseynov
istintaqa bu maddə ilə hec vaxt cəlb edilməyib. Çinayət işinin materiallarından
da görünür ki ona belə ittiham irəli sürülməyib. Klub rəhbərliyinin belə
açıqlama verməsi onun vəkillərlə zəif əlaqədə olması və ya cəmiyyəti yanlış məlumatlandırmaq məqsədi
daşımasından xəbər verir", - deyə zərərçəkən
tərəfi təmsil edən vəkil Əsabəli Müstafayev bildirib.
O ,həmçinin istintaq tərəfin hələ də bu açıqlamaya münasibət bildirməməsindən
təəccübləndiyini də vurğulayıb.
Vəkilin sözlərinə görə, Cavid Hüseynov Cinayət məcəlləsinin "hazırlanan
cinayət haqqında bilib xəbər verməmək” və
"baş vermiş cinayət haqqında xəbər verməmək " maddələri ilə ittiham olunur.
Klub rəhbərliyinin "ümid edirik ki, həbsdə olmasına səbəb olan maddə də
məhkəmədən sonra götürüləcək və futbolçumuz geri dönəcək” ifadəsinə gəlincə isə
vəkil bildrdi ki, bu artıq məhkəmənin
obyektiv aparılmayacağı ilə baglı şübhələr yaradır. " Klub rəhbərliyinin
ifadələrində olan bu əminlik bizdə belə şübhə yaradır ki, onlar artıq hüquq
mühafizə orqanları ilə müəyyən danışıqlar aparmağa cəhd edir və məhkəməyə təzyiq
göztərməyə çalışırlar", - deyə vəkil
bildirib.
Xatırladaq ki, avqustun 8-də ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir
qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə
yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)
maddəsi ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub.
Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.
Rasim Əliyev öz "Facebook” hesabında Cavid Hüseynovun jurnalistlərin
suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid
Hüseynov Kirpirli bir jurnalistin "matçtda niyə Türkiyənin bayrağını
qaldırdınız" suallına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan
sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin
yalnış anlaşıldığını və əslində o Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək
istədiyini bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !