"Veysəloğlu" Şirkətindən bahalaşma ilə bağlı RƏSMİ AÇIQLAMA

11:02 | 09.04.2015

"Veysəloğlu" Şirkətindən bahalaşma ilə bağlı RƏSMİ AÇIQLAMA

"Bəzi mətbuat orqanlarda "Veysəloğlu" Şirkəti  və "Ulduz" Fabrikinin qiymətlərin qaldırılması ilə bağlı heç bir əsası olmayan yazılar dərc edilib" - bunu ANN.Az xəbər portalına açıqlamasında şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov deyib.

Onun sözlərinə görə, şirkətin distributorluq etdiyi məhsulların qiymətlərində heç bir qiymət artımı baş verməyib və həmçinin "Ulduz" Şokolad Fakriki də məhsullarını köhnə qiymətlərlə satışını həyata keçirir.

Şöbə müdiri onu da əlavə edib ki, şirkət idxal ilə məşğul olduğuna görə dolların bahalaşması quruma təsirsiz ötüşməyib: "Lakin qiymət artımı baş verməsin deyə istehsalçı ölkələrin fabrikləri ilə danışıqlara gedərək bu istiqamətdə müvafiq addımlar atılıb və maksimum dərəcədə qiymətlərin artımının olmamasına çalışılıb. "Veysəloğlu" Şirkəti hər zaman insanları düşünərək siyasətini müəyyənləşdirib. Bu gün də çalışırıq ki, mümkün qədər süni qiymət artımına yol verilməsin".
 
İlham Məmmədov hazırkı vəziyyətdən istifadə edən işbazlardan şikayət edib: "Bəzi işbazlar mövcud durumdan istifadə edərək ictimaiyyət arasında ajiotaj yaratmaq məqsədi ilə şirkət qarşısında bağlanmıs müqavilə əsasında yaranmış borc öhdəliyini həyata keçirməkdən yayınmaq istəyirlər. Belə ki, bəzi marketlər aldıqları mallara göre köhnə borcları ödəməkdən yayınmaq istəyirlər. "Veysəloğlu" şirkəti isə bu münasibətləri və yaranməş bu halları qanun müstəvisində həll edir".



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM