Bayram yarmarkalarında qiymətlər - VİDEOREPORTAJ

10:45 | 17.03.2015
Bayram yarmarkalarında qiymətlər - VİDEOREPORTAJ

Bayram yarmarkalarında qiymətlər - VİDEOREPORTAJ

Novruz bayramı ilə əlaqədar olaraq ölkənin hər yerində, eləcə də Bakının Yasamal rayonunda kənd təsərrüfatı mallarının yarmarkası təşkil olunub. Yarmarka necə təşkil olunub? ANN.Az xəbər portalının fotoreportyoru bu suala cavab tapmaq məqsədiylə yarmarkaya baş çəkib.

Yarmarkadakı qiymətlərdən həm alıcılar, həm də satıcılar narazılıqlarını dilə gətiriblər. ANN.Az-ın müxbiriylə söhbət zamanı satıcılar gömrük rüsumundan şikayət ediblər. Alıcıların bəziləri qiymətlərin münasib olduğunu, böyük əksəriyyət isə yarmarkadakı qiymətlərin adi bazardakından fərqlənmədiyini bildiriblər. 

Bütün bunlara baxmayaraq, yarmarkada alver olurdu və bu proses bayram günlərində də fəaliyyət göstərəcək.

Fotoların müəllifi Fərqanə Novruzova

ANN.Az

































0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM