Vladimir Putin Azərbaycan prezidentini təbrik etdi

13:34 | 09.05.2016
Vladimir Putin Azərbaycan prezidentini təbrik etdi

Vladimir Putin Azərbaycan prezidentini təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.
 
APA-nın məlumatına görə, təbrik məktubunda qeyd edilib ki, 9 may Rusiyanın və Azərbaycanın ümumi tarixində şanlı gündür.
 
Rusiya prezidenti qeyd edib ki, bu tarix Qələbə naminə döyüş meydanlarında faşizmə qarşı çiyin-çiyinə vuruşmuş və arxa cəbhədə fədakarcasına çalışmış xalqlarımızın birliyinin və misilsiz qəhrəmanlığının əbədi rəmzi olaraq qalacaq: "İndiki nəsillərin borcu bu dəhşətli müharibədə həlak olanların parlaq xatirəsini qayğı ilə qoruyub saxlamaq və keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir. Əminəm ki, zamanın sınağından çıxan dostluq bağları bundan sonra da Rusiya-Azərbaycan strateji əməkdaşlığının möhkəmlənməsinin sarsılmaz təməli olacaq. Xahiş edirəm, ən səmimi minnətdarlıq sözlərimi, cansağlığı, firavanlıq və uzun ömür arzularımı Böyük Vətən müharibəsinin Sizin ölkənizdə yaşayan bütün veteranlarına çatdırasınız”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb