Övladına işgəncə verdiyi iddia olunan ana danışdı: "Üstümə şər atır" - VİDEO

08:22 | 13.02.2020
Övladına işgəncə verdiyi iddia olunan ana danışdı:

Övladına işgəncə verdiyi iddia olunan ana danışdı: "Üstümə şər atır" - VİDEO

Tərtərdə ana şişi qaz sobasında qızdıraraq azyaşlı oğlunun bud, çanaq, qol və əlinə basıb. Belə iddia ilə uşağın atası hüquq mühafizə orqanlarına məlumat verib.

Xezerxeber.az xəbər verir ki, Bərdə rayonunun Soğanverdilər kəndində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Rafiq Dünyamalıyev həyat yoldaşı Könül Dünyamalıyevadan şikayətçidir.

Qeyd edək ki, Rafiq Dünyamalıyev ilə Könül Dünyamalıyeva 10 ilə yaxındır ki, ayrı yaşayırlar və boşanma ərəfəsinə gəliblər. Onların 5 yaşlı qızı və 9 yaşlı oğlu var. Əzab verildiyi deyilən 9 yaşlı Telman Dünyamalıyev atası ilə, qız uşağı isə anası ilə qalırmış.

Rafiq Dünyamalıyev deyib ki, 9 ay əvvəl uşaq xəstə olduğu üçün anasının yanına göndərib. Hadisə də elə həmin vaxt baş verib.

Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini, işgəncələrə məruz qaldığı iddia olunan azyaşlının anası Könül Dünyamalıyeva isə hazırda boşanmaq üzrə olduqlarını və uşağın atasının aliment ödəməməsi üçün şər-böhtan xarakterli məlumatlar yaydığını bildirib. Deyib ki, boşanmaq üçün Tərtər Rayon Məhkəməsində müraciət ediblər. Könül Dünyamalıyevanın yaxınları da yayılan iddialarla razılaşmır.

Qeyd edək ki, uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü ( yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) maddəsilə cinayət işi başlanıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM