Kanadanın Kalqari şəhərindən Tokioya uçan və "Air Canada"ya məxsus AC009 saylı təyyarədə surpriz vəziyyət yaşanıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən 36 həftəlik hamilə qadın elə təyyarədəcə uşaq dünyaya gətirib.
Məlumat ən əvvəl Kanada Hava Yollarına məxsus sosial şəbəkədə yerləşdirilib. Təyyarə Sakit okean üzərində ikən qadının doğum sancıları tutub və bu zaman təcili eniş mümkün olmadığına görə doğum göydə - təyyarənin uçuş vəziyyətində gerçəkləşdirilib. Sərnişinlər arasında olan bir həkim qadına yardım edib və o, normal doğuş keçirib.
Təyyarə 30 dəqiqə geçikmə ilə Tokio aeroportuna enib. Ana və uşaq xəstəxanaya çatdırılıb. "Chloe" adı verilən körpənin və anasının səhhətinin normal olduğu deyilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !