“WizzAir” Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə uçuşları təxirə saldı

18:45 | 17.03.2015
“WizzAir” Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə uçuşları təxirə saldı

“WizzAir” Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə uçuşları təxirə saldı

Qiymətlər 3 dəfə bahalaşdı.

Macarıstanın "WizzAir” avişirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə 2015-ci ilin martın 29-dan etibarən bərpası nəzərdə tutulan uçuşları təxirə salıb.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Saytda yerləşdirilən məlumata əsasən, uçuşlar martın 29-dan deyil, mayın 4-dən etibarən başlayacaq.

Diqqət çəkən digər bir məqam isə bundan əvvəl, martın 29-a olan təyyarə biletinin qiymətinin 49,99 avro göstərildiyi halda, mayın 5-nə olan təyyarə biletinin qiymətinin 159.99 avro göstərilməsidir, yəni qiymətlər 3 dəfədən çox bahalaşıb.  

Bakıdan Budapeştə uçuşlar həftənin bazar ertəsi və cümə axşamları saat 7:05-də yerinə yetiriləcək. Təyyarə saat 8:10-da Budapeştə enəcək.

Uçuşlar 2015-ci ilin oktyabrın 22-nə qədər həyata keçiriləcək.

Xatırladaq ki, "WizzAir” şirkəti 2013-cü ilin iyunundan etibarən Budapeştdən Bakıya birbaşa avireyslər həyata keçirməyə başlayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb