• $
  • €
  • ₽
  • ₺
  • £

Lragir: Putin Ermənistanın müttəfiq olmadığını etiraf etdi

Lragir: Putin Ermənistanın müttəfiq olmadığını etiraf etdi
11.03.2016 22:45
Moskvada Serj Sarkisyanı qəbul edən Rusiya prezidenti Vladimir Putin ölkələr arasında müasibətləri "strateji tərəfdaşlıq münasibətləri” kimi xarakterizə edib.

Amma Ermənistan və Rusiya sanki müttəfiqdir və onların buna dair 1997-ci ildə bağlanmış müqavilələri də var. Strateji tərəfdaş ayrı, strateji müttəfiq isə tam ayrı şeydir. Məsələn, Türkiyə Rusiya təyyarəsini vurana qədər Rusiya Türkiyə ilə münasibətləri strateji tərəfdaşlıq adlandırırdı. 2004-cü ildən Moskva Azərbaycan ilə münasibətləri belə adlandırır.

Oxu.Az xəbər verir ki, bu barədə Lragir.am saytının icmalçısı Akop Badalyan "Putin Ermənistanın müttəfiq olmadığını etiraf etdi” adlı məqaləsində yazır.
"Putin unudub ki, Ermənistan ilə onlar tərəfdaş deyil, müttəfiqdir, yoxsa Rusiya müttəfiq münasibətlərindən imtina edir?”, - sualını verən müəllif, həmçinin Putinin KTMT haqqında bəyanatını vurğulayır:

"Ümid edirəm ki, sizinlə bu beynəlxalq təşkilatın sədri kimi danışmaq mümkün olacaq. Çünki məhz bu təşkilat təhlükəsizlik, terrorizm, mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri üçün, sərhədlərimizdə sabitliyin olmasına cavabdehdir”, - Putin deyib.

"Və o, Ermənistanla Rusiya arasında müttəfiqlik müqaviləsini unudur, bu müqaviləyə isə təhlükəsizlik komponenti də daxildir. Amma Putin, faktiki olaraq təhlükəsizlik komponentini KTMT müstəvisinə keçirir, yəni Rusiyanın üzərindən məsuliyyəti götürür.

KTMT-də nə baş verdiyi hamıya məlumdur, bu barədə Serj Sarkisyan yetərincə danışıb. 2015-ci ilin dekabrında blokun sammitində o, KTMT üzvlərini telefonun dəstəyini götürüb zəng edərək Ermənistanda nə baş verdiyi ilə maraqlanmamaqda ittiham etmişdi.

Bundan sonra da KTMT-də heç nə dəyişmədi, Serj Sarkisyana heç kim zəng etməyib. Rusiya isə Ermənistana 200 milyon dollar məbləğində silah satdıqdan sonra, Azərbaycan ilə hərbi-texniki əməkdaşlığın strateji tərəfdaşlıq ruhunda aparıldığına Bakını inandırmağa tələsdi.

Və Putin Sinqapurun təhlükəsizliyinə aidiyyati olduğu qədər Ermənistanın təhlükəsizliyinə aidiyyatı olan təşkilata istinad edir.
Bir neçə ay öncə KTMT-nin baş katibi Nikolay Borduja bəyan etdi ki, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının türk təhlükəsinə qarşı durmaq vəzifəsi yoxdur, o regionla tarazlıq məsələlərini həll edir. Yəni, o, Putinin dünənki görüşdə dediyinə eyham vurdu.  

Əslində nə Rusiyanın, nə də ki KTMT-nin Ermənistanın təhlükəsizliyinə aidiyyatı olmadığı gün kimi aydındır. Əksinə, onlar Ermənistanın təhlükəsizliyinə xələl gətirən addımlar atırlar.

Rus-türk münasibətlərinin kəskinləşməsi bu addımların sürətini azaltdı, amma onların Ermənistanın təhlükəsizliyinin təminatında iştirakını artırmadı.

Serj Sarkisyan erməni-rus münasibətlərinin "çox yaxşı inkişaf etdiyindən” razılıq edib. Həqiqətən də onları Rusiya-Türkiyə dostluğu zamanı baş verənlərlə müqayisə etsək, indi vəziyyət Ermənistan üçün "çox yaxşı inkişaf edir”, bu isə Rusiya-Türkiyə barışığının Ermənistan üçün əvvəlkilər kimi faciəli şəkildə sona çatmamsın deyə, daxili siyasətdə hansısa addımları atmaq üçün imkan yaradır”, - müəllif yazır.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol