• $
  • €
  • ₽
  • ₺
  • £

Kim Çen In Əsədə dəstək verir

Kim Çen In Əsədə dəstək verir
28.03.2016 10:00
Şimali Koreyaya aid iki hərbi birləşmənin Suriyada Əsəd rejimi tərəfindən döyüşür.

ANS PRESS-in məlumatına görə,  bu barədə Suriya müxalifətinin müzakirə heyətinin başçısı Əsəd əl-Zubi bildirib. Onun sözlərinə görə, bu fakt uzaqdan müşahidəyə imkan verən jihazlar və rabitə vasitələri sayəsində ortaya çıxıb: "Danışıqlarından koreyalı olduqları aydınlaşıb və hərbi nəqliyyat vasitələrində olublar".

Əsəd əl-Zubi Şimali Koreyanın Suriyada hərbi birləşmələrinin olmasını rejim etibarlı şəxslərinin təsdiq etdiyini bildirib. Onun sözlərinə görə, bu işbirliyinin tarixi qədimdir:

"Əsəd rejiminin yanında raket və rabitə sahəsində çalışan minlərlə şimali koreyalı hərbi mütəxəssis var".

"Rejim ilə Şimali Koreya arasında xüsusilə hərbi sahədəki əməkdaşlıq yeni deyil, bu əlaqələr inqilab əsnasında inkişaf etdirilib. Rejim başda piyadalar olmaqla Şimali Koreyadan xüsusi hərbi təhsil görmüş mütəxəssislər adamlar gətirdib. Rejimin yanında raket və rabitə sahəsində çalışan minlərlə koreyalı hərbi mütəxəssis var. Hətta bu anda paytaxt Dəməşqdəki Kasyun dağında bir koreyalı polk var. Bölgədəki bütün vətəndaşlar də bu polkun 10 ildən çoxdur ki, orada olduğunu bilir".

Əsəd əl-Zubinin sözlərinə görə, Şimali Koreya əsgərlərindən ibarət olan "Chalma 1" və "Chalma 7" adlı hərbi birləşmələrində ali təhsil görmüş 300 hərbi qulluqçu və 2-3 min hərbi mütəxəssis xidmət edir.

Suriya vətəndaş müharibəsi Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, rejim qüvvələri, Rusiya və İranın dəstəklədiyi silahlı qruplar  ilə ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı qruplar arasında gedən silahlı qarşıdurmadır.

Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasına girən təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol