• $
  • €
  • ₽
  • ₺
  • £

İordaniya “Avropadakı terrorçulara” görə Türkiyəni ittiham edibmiş

İordaniya “Avropadakı terrorçulara” görə Türkiyəni ittiham edibmiş
28.03.2016 14:40
Kral Abdullah Türkiyəni İŞİD terrorçularını "bilərəkdən” Avropaya "buraxmaqda” ittiham edib.


İordaniya kralı bu ittihamları hələ ötən yanvar ayının 11-də ABŞ siyasətçiləri ilə görüşündə səsləndirsə də, təfərrüatlar yalnız indi Middle East Eye (MEE) xəbər portalında peyda olub.

MEE xəbər verib ki, İordaniya kralı Abdullah Türkiyəni "Avropaya terrorçu ixrac etməkdə” günahlandırıb.

"Terrorçuların Avropaya getməsi Türkiyə siyasətinin tərkib hissəsidir” – deyib kral.

Kral deyibmiş ki, nə Avropanın ən böyük miqrant böhranı,nə də miqrantların arasında terrorçuların olması təsadüf sayılmamalıdır.

Konqresmenlərin "İŞİD Türkiyəyə neft ixrac edirmi” sualına Abdullah "şübhəsiz” cavabını verib.

"Erdoğanın radikallığı”

MEE yazır ki, kral Abdullah ABŞ konqresində qapalı çıxışını, onun prezident Obama ilə görüşü təxirə salındıqdan sonra edib.

Bu da xatırladılır ki, Obama administrasiyası ABŞ-ın ən yaxın müttəfiqlərindən biri ilə görüşün təxirə salınmasını "iş cədvəllərinin toqquşması” ilə izah etmişdi və Obama-Abdullah görüşü bir gün sonra Andrews hərbi hava bazasında baş tutmuşdu.

MEE xəbər verir ki, kral Abdullahla görüşdə həmçinin Senatın Kəşfiyyat, Xarici Əlaqələr və Silahlı Qüvvələr komitələrinin sədrləri və üzvləri, o cümlədən senatorlar John McCain, Bob Corker, Senatın çoxluq və azlıq liderləri Mitch McConnell və Harry Reid iştirak ediblər.

Məlumatda bildirilir ki, kral Abdullah prezident Recep Tayyib Erdoğanın "radikal islamçılığından” gileylənib.

Konqresdəki çıxışında kral bir qədər də uzağa gedərək Türkiyəni "dünya üçün strateji problem” adlandırıb.

O deyib ki, İŞİD-lə mübarizədə Türkiyə strateji baxımdan öz müttəfiqləri ilə birlikdə deyil.

Türklərin Somalidə nə işi var?

Kral iddia edib ki, Türkiyə nəinki Suriyadakı dini qruplaşmaları dəstəkləyir, o hətta Liviya və Somalidəki islamçılara dəstək verir.

Abdullah senatorlardan "Türkiyənin Somali ordusunu təlimləndirməkdən məqsədinin nə olduğunu” soruşub.

O ABŞ siyasətçilərinə "türklər barədə Kosovo və Albaniya prezidentlərindən soruşmağı” məsləhət görüb.

İordaniya kralı deyib ki, bu ölkələr "Erdoğandan da əvvəl Avropa İttifaqına üzvlük üçün yalvarıblar”.

MEE yazır ki, kralın dediklərini onun xarici işlər naziri Nasser Judeh də dəstəkləyib.

O deyib ki, Albaniya prezidenti katolik xristiandır, xanımı isə müsəlmandır və bu, müsəlman çoxluğu olan ölkə üçün münasib modeldir.

Əlahəzrət sözçü?

Judeh və Abdullah şikayətləniblər ki, əhalisi Türkiyədən dəfələrlə az olan İordaniya nisbətlə götürüldükdə qanadı altına daha çox qaçqın alsa da, Avropa 3 milyard avroluq yardımı Ankaraya təklif edib.

Abdullah senatorlara deyib ki, Türkiyə Suriyadakı siyasətlərini kürd problemi ilə pərdələyir.

Türkiyə hökuməti Abdullahın 11 yanvar tarixli qeydlərinə münasibət bildirməsə də, adının çəkilməsini istəməyən Türkiyə vəzifəlisi kralı "Bashar al-Assad-ın sözçüsünə” çevrilməkdə ittiham edib.

Həmin mənbə bildirib ki, kral "dövlət başçısı kimi yox, məlumatsız Qərb jurnalisti kimi danışıb”.

Mənbə bunu da deyib ki, Türkiyə İŞİD-lə əsl real müharibədədir və "bombalar İordaniyada yox, Türkiyədə partlayır”. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol