• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ hərbçi və diplomat ailələrini Türkiyədən çıxarır

ABŞ hərbçi və diplomat ailələrini Türkiyədən çıxarır
30.03.2016 13:37
ABŞ mediası yazır ki, bir vaxtlar stabillik dayağı olan Türkiyə tarixinin gərginlik və zorakılıq dövrünə qədəm qoyub

Vaşinqton ABŞ hərbçi və diplomat ailələrinin Türkiyədən çıxarılmasına sərəncam verib.

Ailə üzvləri Adana, Muğla və İzmir bölgələrindən çıxarılır.

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı bildirib ki, bu qərar daimi xarakter daşımır və yalnız "heyətin ailə üzvləri də daxil müəyyən elementlərə riskin aradan qaldırılması” məqsədi güdür.

ABŞ mediası yazır ki, bir vaxtlar stabillik dayağı olan Türkiyə tarixinin gərginlik və zorakılıq dövrünə qədəm qoyub.

Son vaxtlarda ölkənin əsas şəhərlərində terror aktları törədilib.

Bu arada Türkiyə hərbiyyəsi ölkənin cənub-şərqindəki kürd silahlıları ilə döyüşlərdədir və bu da zorakılıqların yayılmasına rəvac verir.

Vaşinqton-Ankara gərginliyi

ABŞ Dövlət Departamenti bütün amerikalılara Türkiyənin cənub-şərq bölgələrinə getməmək barədə xəbərdarlıq edib.

Pentaqon sözçüsü Peter Cook deyib ki, köçürülmə qərarı "təhlükəsizliklə bağlı çox sayda ehtiyatlanmaların” mövcudlıuğu ilə əlaqədar qəbul olunub.

O deyib ki, evakuasiya üçün hər hansı konkret hadisə səbəb olmayıb və bu addım regiondakı vəziyyətin qiymətləndirilməsi əsasında atılır.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu həftə Barack Obama-nın nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a səfər edir.

Siyasi təhlilçilər bildirirlər ki, indiyədək heç vaxt Vaşinqton və onun əsas NATO müttəfiqlərindən olan Ankara arasında münasibətlər bu qədər gərgin olmayıb.

Onlar deyirlər ki, buna səbəb ABŞ və Türkiyə rəhbərliyinin Suriya münaqişəsi ilə bağlı strateji məqamlara müxtəlif bucaqlardan yanaşmasının nəticəsidir.

Dükan-bazara getmək qadağanı

Hazırda ABŞ-ın 5000-dək hərbi heyəti və onların ailə üzvləri Adana şəhərinin yaxınlığındakı İncirlik bazasındadır.

Bu hərbçilər ABŞ koalisiyasının İraq və Suriyadakı İŞİD qüvvələrinə qarşı əməliyyatlarında iştirak edirlər.

Lakin ötən ilin iyulundan ABŞ hərbçilərinə və onların ailə üzvlərinə bazanın yaxınlığında "Amerika xiyabanı” kimi tanınan dükan-bazar və kabab restoranları məhəlləsinə getmək qadağan edilib.

Bundan iki ay sonra rəsmilər hərbçi ailələrinin könüllü evakuasiyasını təklif etmişdilər.

İndi isə söhbət artıq icbari evakuasiyadan gedir.

Bu arada Dövlət Departamenti də öz əməkdaşlarının, o cümlədən Muğla, İzmir və Adanadakı konsulluqlarda çalışanların ailə üzvlərinin təxliyəsi barədə sərəncam verib.

Bu barədə verilmiş xüsusi bəyanatda deyilir ki, Türkiyə boyunca terror təhlükəsi mövcuddur.

Pentaqon bunu da bildirib ki, evakuasiya qərarı Türkiyə hökuməti ilə razılaşdırılıb. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol