• $
  • €
  • ₽
  • ₺
  • £

“Tələbə Yay Təcrübə Proqramı-2016” başa çatdı

“Tələbə Yay Təcrübə Proqramı-2016” başa çatdı
05.09.2016 15:20
Azercell Telekom MMC-nin "Tələbə Yay Təcrübə Proqramı-2016” uğurla başa çatıb və şirkət tərəfindən tələbələr üçün sertifikatların təqdim olunma mərasimi keçirilib. Mərasimdə təcrübə proqramında iştirak edən gənclər və şirkət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev bu il Azərbaycanın dövlət və eləcə da özəl ali təhsil ocaqlarından 18 tələbənin yay təcrübə proqramında iştirak etmək imkanı qazandığını və bu tələbələrin əsasən Azərbaycan Diplomatik Akademiyası, Qafqaz Universiteti və Bakı Dövlət Universitetindən olduqlarını qeyd edib. Bildirib ki, tələbələrinin yer aldığı "Yay Təcrübə Proqramı” telekommunikasiya sahəsinin lideri olan Azercell-də universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradıb”.

Yay Təcrübə Proqramı çərçivəsində mərhələlərlə seçilən gənclər 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə ediblər. Marketinq, Barama Lahiyəsi, Hüquqi işlər, Maliyyə, İnformasiya texnologiyaları, Biznesin inkişafı və bir sıra şöbələrdə təcrübə keçərək gənclər eyni zamanda telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak ediblər. Gənclər təcrübə proqramı sayəsində əldə etdikləri bilik və təcrübələrə əsaslanaraq görüşdə 5 dəqiqəlik təqdimatla çıxış ediblər.

2008-c ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 102 tələbə Azercellin Yay Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 15-i isə şirkətdə işlə təmin olunublar. Beləliklə, bu proqram təcrübə əldə etməklə, yanaşı gənclərin gələcək karyera inkişafına da yardımçı olur.

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol