• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobus sürücülüyündən prezidentliyə gedən yol - Maduronun sirli həyatı - FOTOLAR

Avtobus sürücülüyündən prezidentliyə gedən yol - Maduronun sirli həyatı - FOTOLAR
25.10.2016 12:46
Venesuela prezidenti Nikolas Maduronun ötən həftə Azərbaycana baş tutan səfəri maraqlı müzakirələrə yol açdı. Sosial mediada müzakirələr siyasi əlaqələrdən çox, Maduronun tərcümeyi-halı üzərində qurulmuşdu. Venesuela prezidentinin kimliyi, onun necə hakimiyyətə gəlməsi ölkəmizdə də maraq kəsb edir. 
 
Nikolas Maduro ilə bağlı maraqlı məlumatları oxucuların diqqətinə çatdırırıq:

Madurov Kolumbiyanın Kukuta şəhərində, kasıb Karora məhəlləsində anadan olub. Onun milliyyəti və harada anadan olması barədə xeyli şayiələr var. Bəziləri onun paytaxt Karakasda, digərləri isə Santander depratmanetində dünyaya gəldiyini iddia edir.

 
 
Maduronun Karakasda doğrulmasını göstərən sənədlərdə də ziddiyyətlər var. Belə ki, onun bioqrafiyasında tarixlər üst-üstə düşmür. Karakasda onun yaşadığı deyilən məhəllənin sakinləri Madurono xatırlaya bilmirlər. 

Kolumbiyanın Kukuta şəhərində isə Maduronu uşaqlıq illərindən tanıyırlar. Maduronun harda doğulması barədə məlumatlara Kolumbiya rəhbərliyi aydınlıq gətirməyib. Onlar Venesuela liderinin milliyyəti haqında istənilən məlumatın meydana çıxmasına əngəl olurlar. 

Rəsmi məlumatlara görə, Maduro 1962-ci il noyabrın 23-ü Karakasda anadan olub. 

 

Nikolas Maduro Kubada Niko lopes adında yüksək partiya məktəbində təhsil alıb. Tələbə yoldaşlarının sözlərinə görə, təhsil zamanı o xüsusi qabiliyyəti ilə seçilməyib. Tələbə yoldaşları Maduronun siyasi proseslərdən bixəbər olduğunu bildiriblər.

Kubaya qayıtdıqdan sonra Nikolas Maduro metroda işə düzəlib və həmkarlar ittifaqının fəal üzvlərindən birinə çevrilməyə çalışıb. Lakin işçilər arasında nüfuza malik olmadığına görə istəyinə nail ola bilməyb. 

 

Elə həmin vaxt Maduro Venesuela prezidenti Karlos Andres Peresi qiyam yolu ilə devirməyə çalışan Uqo Çaves və bir sıra gənc zabitlərlə tanış olub. 

Uqo Çavesin hakimiyyətə gəlməsindən sonra Maduronun siyasi karyerası başlayıb. O, prezidentin komandasında yer ala bilib və Kuba rəhbərinin etibar etdiyi şəxs olmağı bacarıb.

Çavesin özünün xələfi kimi Maduronu seçməsi təsadüf deyil. Çaves Diasdado Kabelo və partiyadan olan digər şəxslərə inanmırdı. Çaves ölümündən qabaq Raul Kastronun xahişi ilə Maduronu öz xələfi elan edib.

 

Maduro 2006-2013-cü illərdə Venesuelanın xarici işlər naziri, 2012-2013-cü illərdə vitse-prezident olub, 5 mart – 19 aprel 2013-cü ildə Çavesin ölümündən sonra Venesuela prezidentinin səlahiyyətlərini icra edib. 

 

Maduro daha sonra ölkədə keçirilən seçkilərdə qalib gələrək Venesuela prezidenti olub. Maduronun ata tərəfdən babası və nənəsi yəhudidir. 

Maraqlıdır ki, Maduro fəaliyyətinə avtobus sürücüsü kimi başlayıb. Həyat yoldaşı Siliya Flores Madurodan 10 yaş böyükdür. O, 2006-ci ildən Venesuela parlamentinin deputatıdır. Birinci xanım, həmçinin Venesuela parlamentinə seçilən ilk qadın deputatdır. O, 2006-2011-ci illərdə parlamentə sədrlik edib. Madurovunun prezident olmasında onun xidmətlərinin əvəzsiz olduğu bildirilir. //Azvision.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol