• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət katibi: "ABŞ vahid, güclü və dinc Avropa tərəfdarıdır"

Dövlət katibi: "ABŞ vahid, güclü və dinc Avropa tərəfdarıdır"
03.11.2016 10:36
"ABŞ vahid, güclü və dinc Avropa tərəfdarıdır".

"Report"un Vaşinqtona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri jurnalistlərin Rusiyanın Avropa ölkələrinə təsiri haqqında verdiyi sualı şərh edərkən deyib.

Dövlət katibi vurğulayıb ki, ABŞ həm Avropada, həm də dünyanın digər regionlarında təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün çalışır. C.Kerri bu baxımdan İŞİD-ə qarşı kampaniyadakı iştirakını, ABŞ-ın Qərbi Afrikadakı problemə reaksiyasını, Kuba ilə əlaqələrin yaxşılaşdırılmasını qeyd edib.

"Bütün dünya üzrə belədir. Bəs Rusiya nə edir? Onlar insan hüquqları üçün nə edir? Və ya beynəlxalq hüquq normalarını pozaraq Ukraynaya nə ediblər?! ABŞ isə başqa ölkələrin böhranın öhdəsindən gəlməsi, sülh və sabitliyin bərqərar olması üçün çox şey edir", - deyə C.Kerri bildirib.

ABŞ-ın Yaxın Şərqdəki münaqişələrlə bağlı strateqiyasını şərh edən dövlət katibi əsas məqsədin danışıqlar üçün tərəfləri bir araya toplamaq olduğunu vurğulayıb. O, ABŞ-ın bu regionda sülhün hökm sürməsində, terror hücumlarının olmamasında maraqlı olduğunu söyləyib: "Liderlərin danışıqlar masasına əyləşib atacaqları addımları müzakirə etmələri zəruridir. Biz bu məsələnin üzərində çalışırıq və səylərimizi səngitməyəcəyik. Bu cür işləri Liviya, Yəmən, İraq, Suriya, Əfqanıstan, Ukraynada həyata keçiririk".


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol