• $
  • €
  • ₽
  • ₺
  • £

Planet əhalisinin 25%-i “Facebook”dan istifadə edir

Planet əhalisinin 25%-i “Facebook”dan istifadə edir
04.11.2016 18:45
Ayda ən azı bir dəfə öz hesabına daxil olan "Facebook” istifadəçilərinin sayı 1.79 milyard nəfəri ötüb. 

Bu göstərici planet əhalisinin təxminən 25%-ni təşkil edir. Məlumat üçün bildirək ki, 2016-cı ilin əvvəlində Yer kürəsi əhalisinin sayı 7.3 milyarda yaxınlaşıb.

Bu halda 1.66 milyard aylıq abunəçi öz mobil qurğularından "Facebook” sosial şəbəkəsinə daxil olurlar.

"ICTnews” Elektron Xəbər Xidməti "cnews.ru” saytına istinadən yazır ki, 1.18 milyard nəfər sözügedən sosial şəbəkədən gündəlik istifadə edir. Ötən ilin müvafiq nəticələri ilə müqayisədə gündəlik istifadəçilərin sayı 17%, aylıq istifadəçilərin sayı isə 16% yüksəlib. Abunəçilərin sayı daha çox Asiyada artır, belə ki, son ildə adıçəkilən regionda "Facebook” sosial şəbəkəsində 107 milyon nəfər qeydiyyatdan keçib.

2016-cı ilin üçüncü rübündə şirkətin mədaxili 7.01, xalis mənfəəti isə 2.4 milyard dollar təşkil edib. 2015-ci ilin üçüncü rübündə şirkətin xalis mənfəəti 896 milyon olub. Beləliklə, illik artım 170%-ə bərabər olub.

"Facebook”un 6,8 milyard dollar məbləğində rüblük gəliri reklamdan əldə edilib ki, bu da ötənilki göstəricidən 59% yüksəkdir. Reklamdan əldə olunan məbləğin 84%-i mobil qurğular tərəfindən təmin olunur. Şirkətin direktoru Mark Zukerberqin sözlərinə görə, reklam videosunun yerləşdirilməsi şirkət üçün çox effektiv olub.

İndi "Facebook”un kapitallaşma dəyəri 371 milyard dollar təşkil edir ki, bu da 2016-cı ilin əvvəli ilə müqayisədə 22% daha çoxdur.

"Facebook” öz auditoriyasını, həmçinin başqa brendləri satın almaq hesabına genişləndirir. 2014-cü ildə şirkət "WhatsApp” messencerini 19 milyard dollara satın alıb. Bu yaxınlarda "Facebook” və "WhatsApp” mobil messencer və sosial şəbəkə arasında məlumat mübadiləsi haqda yeni razılaşma imzalayıblar ki, bu da Avropa Birliyi hakimiyyəti tərəfindən narazılıq doğurub. Hakimiyyət ötən ayın sonunda "WhatsApp”dan abunəçilərin telefon nömrəsinin "Facebook”a ötürülməsini dayandırmağı tələb edib, çünki istifadəçilər öncədən buna razı olmayıblar.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol