• $
  • €
  • ₽
  • ₺
  • £

"Instagram"dan bir gündə 3 möhtəşəm YENİLİK

"Instagram"dan bir gündə 3 möhtəşəm YENİLİK
12.11.2016 17:58
"Instagram"ın Hekayələr xüsusiyyəti gedərək inkişaf edir və çox vacib  bir hala gəlir. İndiyə qədər sadəcə qısa video və şəkillər paylaşılan və üzərində yazı yazmaq, xəttlər çəkmək kimi imkanlar təklif edən Instagram Hekayələri, artıq daha funksionaldır.

Boomerang:
 


Instagramın dünən blogunda elan etdiyi yeniliklerden ilki Boomerangdır. Artıq Stories əlavə edərkən aşağıda yerləşən Boomerang seçimi vasitəsilə gif-lər yaradıb paylaşa bilərsiniz. Ayrı bir tətbiq ilə Instagramda da bu cür paylaşımlar onsuzda edilirdi, lakin artıq əlavə bir tətbiqə ehtiyac duymadan Stories olaraq paylaşa bilərsiniz.

Mention: 
 


Stories paylaşarkən birilərinə toxunmaq, onlara yönləndirmək həqiqətən ehtiyac halına gələn bir şeydir. Instagram da bunun fərqinə varmış olacaq ki artıq Stories paylaşarkən şəxsləri bir növ etiketləməyinizə imkan verir. Bununla da ən sadə misal ilə şəkilini paylaşdığınız insanın hesabını "@" ilə əlavə edib ona yönləndirə bilərsiniz.
Bu xüsusiyyət əlavə olaraq çox gözəl bir reklam modeli də ola bilər.
 
Link Əlavə Etmək: 
 
 

Instagramın təkidlə şəkil paylaşımında məzmun hissəsində icazə vermədiyi daxil oluna bilən link mövzusu Stories ilə biraz zəifləmişə oxşayır. Hələki çox məhdud bir kütləyə açılmış olsa da ümid edirik ki yaxında hər kəs Stories-ə daxil oluna bilən link əlavə edə biləcək. Beləliklə aşağıdakı şəkildə də olduğu kimi bir blog yazınıza və ya başqa bir şeyə yönləndirmə edə biləcəksiniz.
 
Stories bu xüsusiyyətlər vasitəsilə yüksəlişini davam etdirəcək. Instagramın real məzmun paylaşım sahəsində və like saylarında bir azalmaya səbəb olmuş olsa da gələcəkdə Stories-ın önəmi artacaq kimi görünür. Bir sonrakı yenilik olaraq isə Stories-a daha uzun video məzmunları əlavə etmək imkanı yaratsalar daha da maraqlı olacaq. //Technote.az

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol