• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə parlamenti yeni universitet layihəsini təsdiqlədi - RƏSMİ

Türkiyə parlamenti yeni universitet layihəsini təsdiqlədi - RƏSMİ
17.11.2016 11:27
Türkiyə Böyük Millət Məclisi (TBMM) Fənərbağça Universitetinin yaradılmasını təsdiq edib.

Bu barədə Fənərbağça Futbol Klubunun rəsmi internet saytında məlumat dərc olunub.

ANN.Az xəbər verir ki, TBMM-nin qəbul etdiyi təsdiqnaməyə əsasən, universitetin təsis edilməsi Fənərbağça Təhsil, Mədəniyyət və Sağlamlıq Təşkilatı tərəfindən həyata keçirilir.

Universitetdə İdman elmləri, Sağlamlıq elmləri, Mühəndislik və Memarlıq, İqtisadiyyat və İdarəetmə, İctimaiyyətlə əlaqələr fakültələri də fəaliyyət göstərəcək. Eyni zamanda, magistratura mərhələsi üçün Sosial elmlər, Sağlamlıq elmləri fakültələri də daxil olmaqla, ümumilikdə, 5 fakültə və 20 akademik bölmə üzrə tədris aparılacaq.

Fənərbağça klubunun Təhsil, Mədəniyyət və Sağlamlıq Təşkilatının sədri, professor Əli Rza Böyükuslu ANN.Az-a açıqlamasında bildirmişdi ki, layihə qısa zaman ərzində TBMM tərəfindən təsdiq ediləcək və bu barədə "Rəsmi qəzet"də məqalə dərc olunacaq: "Yalnız bundan sonra lazımi işlərə başlanacaq".

Qeyd edək ki, Təşkilat universitetin yaradılması üçün 2016-cı ilin mart ayında müraciət edib. 17 mart 2016-cı il tarixdə isə Türkiyə Yüksək Tədris Qurumu (YÖK) tərəfindən qəbul edilib.

Kamil Əmirli
Orxan Aslanlı
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol