• $
  • €
  • ₽
  • ₺
  • £

İraq hökuməti iranlı zəvvarları ölkəyə buraxmır - FOTOLAR

İraq hökuməti iranlı zəvvarları ölkəyə buraxmır - FOTOLAR
18.11.2016 17:48
İraq hökuməti noyabrın 17-də səhər tezdən İran sərhədindəki Mehran sərhəd-buraxılış məntəqəsini bağlayıb.

ANN.Az-ın APA-nın Tehran bürosuna istinadən verdiyi məlumatına görə, İraq hökuməti viza almadan bu ölkəyə keçmək istəyən zəvvarların çoxluq təşkil etdiyini və qanunsuz olaraq İraqa keçmək istəyən zəvvarların geri qaytarılmasını tələb edib. 

Artıq 100 min nəfərə yaxın iranlı zəvvar buraxılış məntəqəsində qeyri-müəyyən vəziyyətdə qalıb. İran rəsmiləri insanları geri qayıtmağa çağırsa da, orada toplaşanlar dönmək istəmir və İraq torpaqlarına keçmək üçün yaranmış problemin aradan qaldırılmasını tələb edirlər. İranın Qırmızı Aypara Cəmiyyəti sərhədə yaxın bölgədə insanların məskunlaşması üçün çadırlar qurub. 

Hazırda Mehran sərhədini keçə bilməyən və vizası olan iranlı zəvvarlar Çəzabə sərhəd-buraxılış məntəqəsinə aparılır və oradan Kərbəlaya yola salınır. İran rəsmiləri bildiriblər ki, Mehran sərhəd-buraxılış məntəqəsi Ərbəin gününə kimi (20 noyabr) bağlı olacaq. 

Ərbəin zəvvarlarının işi üzrə təşkil olunmuş qərargah elan edib ki, cari ildə Mehran sərhəd-buraxılış məntəqəsi vasitəsilə İraqa qanunsuz olaraq 600 iranlı keçib və onlar İraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq İran tərəfinə təhvil verilib. Bu il 2,5 milyon iranlı zəvvar Ərbəin ziyarəti üçün İraqa səfər edib ki, bu, ötən illə müqayisədə 500 min nəfər çoxdur. 

Qeyd edək ki, İran və İraq arasında 3 sərhəd-buraxılış məntəqəsi (Mehran, Şələmçə, Çəzabə) var. Mehran sərhəd-buraxılış məntəqəsi İraqın müqəddəs ziyarətgahlar olan şəhərlərinə yaxın olduğu üçün bu buraxılış məntəqəsindən gediş-gəliş daha çoxdur.
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol