• $
  • €
  • ₽
  • ₺
  • £

30 min dollar maaşla işçi axtarılır

30 min dollar maaşla işçi axtarılır
25.11.2016 10:14
Çinin hava yolu şirkətləri pilot işə qəbul etmək üçün kisənin ağzını açıblar. Meyarlara uyğun gələn təyyarəçilərin ayda 30 min dollar pul qazanmaları mümkündür.

"Marja” xarici mətbuata istinadən xəbər verir ki, mülki aviasiya sektorunun günü-gündən genişləndiyi Çində buna paralel olaraq pilot ehtiyacı da sürətlə artır. Çinin hava yolu şirkətləri göstəricilərinə uyğun pilot tapmaq üçün yaxşı maaş təklif edirlər. Xarici pilotların gəlirləri vergidən də azad ediləcək.

Çində mülki aviasiya sektor sürətlə böyüyür. Sərnişin nəqliyyatının gələcək iyirmi il ərzində ildə orta hesabla 6,5 faiz artması gözlənilir. Hava yolu şirkətləri bu müddət ərzində 1 trilyon dollardan artıq kapitalla təxminən 7 mindən artıq təyyarə satın alacaqlar. Təyyarə sayının artması daha çox pilot deməkdir. Çindəki məktəblərin yetərli sayda pilot hazırlaması qeyr-mümkün görünür. Buna görə şirkətlər də ehtiyacı ödəmək üçün sanki pilot ovuna çıxıblar.

Çinli hava yolu şirkətlərinin pilot tapmasına vasitəçilik edən "Wasinc İnternational” adlı şirkətin İcraçı direktoru Dave Rosss, "Tələbatı ödəmək üçün dünyada kifayət sayda pilot yoxdur. Buna görə pilotlara təklif edilən maaşlar da hər ötən gün artır” – açıqlamasını verib.

Xarici bir pilot Çində işləməyi seçərsə ayda 30 min dollara qədər gəlir əldə edə biləcək. Sektordakı orta maaşdan yüksək olan bu maaşdan vergi də tutulmayacaq. Çinli hava yolu şirkətlərinin xarici pilotları cəlb etmək üçün illik 360,000 dollar ödəməyi gözə almış olmaları iştahı qabartsa da, intensiv hava çirklənməsi və uzun bürokratik prosedurlar xarici pilotları bu barədə yenidən düşünməyə məcbur edə bilər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol