• $
  • €
  • ₽
  • ₺
  • £

Etnik azlıqlar üçün yeni təhsil siyasəti hazırlanır - Gürcüstanda

Etnik azlıqlar üçün yeni təhsil siyasəti hazırlanır - Gürcüstanda
03.12.2016 19:48
Azərbaycanlılar Gürcüstanda təhsil almaq üçün istədikləri sahəni və ali təhsil müəssisəsini seçə bilərlər.
 
APA-nın xəbərinə görə, Gürcüstanın keçmiş elm və təhsil naziri, Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üzrə Milli Mərkəzin direktoru Tamar Sanikidze bildirib ki, təhsil sahəsində mövcud olan "4+1” adlı xüsusi proqram azərbaycanlılar da daxil olmaqla, etnik azlıqlara yalnız bir imtahan verməklə ali məktəbə daxil olmağa imkan verir.
 
T. Sanikidzenin sözlərinə görə, qəbuldan sonra onlara bir illik intensiv gürcü dili kursu keçilir:
 
"Hökumətin maliyyələşdirməsi ilə kursun müddəti uzadıla bilər. Bizim artıq ilk məzunlarımız var, onlardan yararlanırıq”.
 
Keçmiş nazir əlavə edib ki, bütün etnik xalqlar kimi, azərbaycanlıların da öz dillərində təhsil almaq hüquqları var.
 
Mərkəz direktorunun sözlərinə görə, onlar öz dilləri ilə yanaşı, gürcü dilində də təhsil alırlar:
 
"Çünki bu, həm ölkənin marağı, həm də cəmiyyətə inteqrasiya baxımından vacibdir. Hazırda etnik azlıqlar üçün yeni  təhsil siyasəti üzərində işləyirik. Məktəblərdən gələn nəticələri dəyərləndirdikdə gördük ki, bu sistemi təkmilləşdirməliyik. Hesab edirik ki, gələcəkdə onlara daha yaxşı sistem təklif edə bilərik”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol