• $
  • €
  • ₽
  • ₺
  • £

NASA-dan qorxunc açıqlama: "Antarktida bölünməyə başlayıb"

NASA-dan qorxunc açıqlama: "Antarktida bölünməyə başlayıb"
09.12.2016 09:20

NASA mütəxəssisləri Antarktidanın buzlaqlarından birində, 112 kilometr uzunluğunda dəlik aşkar ediblər. Onun yaranması buzun əriməyə başlaması və yaxınlarda 6,5 min kvadrat kilometr genişlikdə meqa-aysberqin əmələ gələcəyi deməkdir.

ANN.Az bu barədə Sputnik-a istinadən məlumat verir.

İqlimşünaslar, okeanoloqlar və digər alimlər uzun müddət hesab edirlər ki, iqlim dəyişiklikləri nəticəsində, əsasən Yer kürəsinin şimal hissəsindəki — Qrenlandiya və şimal qütbünün buz örtüyündəki buz ehtiyatları məhv olacaq. Son illərdə bu səhnə dəyişməyə başlayıb. Elm adamları müşahidə ediblər ki, əvvəlcə şimaldakı buzlaqlar deyil, Antarktida buzlaqlarının bir hissəsi əriməyə başlayır.

Bu isə o deməkdir ki, dünya okeanının səviyyəsi fəlakətli dərəcədə yüksələcək. Bu səbəbdən də NASA-nın IceBridge layihəsi çərçivəsində cənub qütbündəki buzlaqların vəziyyəti kəşfiyyat təyyarələrinin köməyi ilə fasiləsiz olaraq müşahidə edilir. Aparılan tədqiqatlar göstərir ki, məhv olmağa ən real namizəd — Antarktidanın şərq sahillərindəki Larsen buzlaqları adlandırılan yarımadadır.

O, hələ 1995-ci ildə parçalanmağa başlayıb. Bu buzlağın axırıncı aysberqləri, IceBridge-in məlumatlarına görə, bu ilin yayında yola çıxmağa başlayıb. Təyyarələr vasitəsilə noyabrın sonlarında və dekabrın əvvəllərində çəkilən kadrlar əsasında, NASA bildirib ki, Larsen buz massivinin Larsen C buzlağında 112 kilometr uzunluğu, 100 metr eni və 500 metr dəriliyi olan böyük bir çat (yarğan) əmələ gəlib.

Mütəxəssislərin fikrincə, bu yarğan ötən il, ya da ondan əvvəlki il yaranmağa başlayıb. Bu isə həmin buz massivinin çöküşünün ultra təbiətinə xasdır. Həmin çat çox böyük sürətlə böyüyür. Cənub yarımkürəsinə yayın gəlişi ilə əlaqədar olaraq Larsendən sahəsi 6500 kvadrat kilometr olan nəhəng aysberq aralanıb.

Bu, müqayisədə Amerikanın Delaver ştatının, Moskva vilayətinin yeddi qatının, Estoniya və digər kiçik Avropa dövlətlərinin ərazisinə bərabərdir. Larsen C buzlağının qopması buzlarların sürətlə əriməsinə və hazırda Larsen buz massivini saxlayan Antarktida kontinental buzlaqlarının sürüşməsinə gətirib çıxaracaq.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol