• $
  • €
  • ₽
  • ₺
  • £

BMT-dən buğda ehtiyatları ilə bağlı PROQNOZ

BMT-dən buğda ehtiyatları ilə bağlı PROQNOZ
09.12.2016 16:36
Gələn il qlobal dənli bitki ehtiyatlarının ən yüksək tarixi həddə çatacağı proqnozlaşdırılır. 

Bu, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatından (FAO) Oxu.Az-a daxil olan məlumatda qeyd edilib.

FAO 2017-ci ilin sonuna kimi qlobal dənli bitki ehtiyatlarının rekord həddə çatacağını ehtimal edərək öz proqnozlarını yeniləyib. Son olaraq dənli bitkilərin tələb və təklif məlumatına əsasən, xüsusilə buğda və xam taxılın inkişaf perspektivləri cari marketinq mövsümü başlayandan tədricən artıb.

FAO hesab edir ki, dünya üzrə dənli bitki ehtiyatları ötən mövsümdən 1,4% çox olmaqla, 670 mln. tona kimi artacaq. Buğda ehtiyatları yeni rekord hədd olaraq 238,5 mln. tona qədər artacaq. İnkişaf əsasən Çin, ABŞ və Rusiyanın payına düşür. Qlobal düyü ehtiyatları 171 mln. tona yüksəlib və xam taxıl ehtiyatının 261 mln. tona kimi artacağı ehtimal olunur.

2015-ci ildən 1,7% artıq olaraq, 2016-cı ildə dünya üzrə dənli bitki istehsalının 2 577 mln. tona kimi artacağı proqnozlaşdırılır. Rekord göstərici eyni zamanda düyü və qarğıdalı üçün də gözlənilir.

2017-ci ildə aşağı qiymət perspektivlərinin ABŞ-da buğda əkilən ərazilərin sahəsində azalmaya səbəb olacağı gözlənilsə də, əkinin Rusiya, Ukrayna, Hindistan və Pakistanda artacağı gözlənilir.

İnkişaf etmiş gəlirlər və əlverişli hava şəraiti Argentina və Braziliyada qarğıdalı əkinlərinin artmasına şərait yaradır. Cənubi Afrikada qarğıdalı əkinlərinin ötən ilin səviyyəsinin 1/3-i həcmində artacağı proqnozlaşdırılır. Əlverişli hava şəraitinin 2016-cı ildə yüksək məhsul istehsalına töhfə verəcəyi gözlənilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol