• $
  • €
  • ₽
  • ₺
  • £

Spirtli içki insanın beynini dəyişdirir

Spirtli içki insanın beynini dəyişdirir
11.12.2016 17:57
Şərqi Finlandiya Universitetinin alimləri bildirirlər ki, çoxlu spirtli içki içən yeniyetmələr baş beynin yaddaşa, emosiyalara, qərarların qəbul edilməsinə və özünənəzarətə cavabdeh olan mühüm strukturunun - boz maddənin çatışmazlığından əziyyət çəkirlər. Üstəlik, genetik amillər səbəbindən beynində boz maddə qıtlığı olan cavanlar spirtli içkilərə daha meyilli olurlar.

Azərtac "healthvesti.com"-a istinadla xəbər verir ki, mütəxəssislər tədqiqat zamanı 60-dan çox gənci müayinə ediblər. Tədqiqatda iştirak edən yeniyetmələr nə qədər və hansı tezliklə spirtli içki içmələri barədə anket doldurublar. 35 yeniyetmə spirtli içki düşkünü kateqoriyasına aid edilib. Nəticələr göstərib ki, baş beynin müəyyən nahiyələrində boz maddənin miqdarı az olan yeniyetmələr spirtli içkilərə daha çox qurşanırlar.

Müəyyən edilib ki, spirtli içkiləri çox içmək sosial təcrid, psixi sağlamlıq problemləri və təhsil səviyyəsinin aşağı olması ilə də bağlıdır. Bu cür yeniyetmələrin həyəcanlılıq səviyyəsi yüksək olur, onlar çoxlu siqaret çəkir və narkotik vasitələrdən istifadə edirlər.

Mütəxəssislər bildirirlər ki, baş beyin neyronlarının çox hissəsi boz maddənin tərkibindədir. Buna görə də onun miqdarının azalması psixi sağlamlığı pozur. Spirtli içkidən vaxtında imtina etmək sayəsində boz maddənin miqdarı arta bilər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol