• $
  • €
  • ₽
  • ₺
  • £

Moqerini: "Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq"

Moqerini: "Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq"
15.12.2016 20:17
ABŞ-ın mövqeyindən asılı olmayaraq Rusiyaya qarşı Avropa İttifaqı tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar qüvvədə qalacaq.
 
ANN.Az APA-a istinadən xəbər verir ki,bunu "Wall Street Journal” qəzetinə müsahibəsində Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.
 
"ABŞ administrasiyasında baş verən dəyişikliyə, veriləcək qərarlara baxmayaraq siyasətimiz dəyişməz olaraq qalacaq. Minsk razılaşmaları yerinə yetirilənə qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq", deyə F.Moqerini bildirib.
 
O, Rusiyaya qarşı sanksiyaların daha altı ay müddətinə uzadılacağını təsdiqləyib.
 
Ötən ay Almaniyanın "Deutsche Welle” nəşrinə müsahibəsində F.Moqerini Avropa İttifaqının Ukrayna ilə bağlı siyasətinin Vaşinqtonda müəyyənləşmədiyini, ABŞ administrasiyasında baş verən dəyişikliyə baxmayaraq Aİ-nın Rusiyaya qarşı siyasətinin dəyişməz qalacağını bildirmişdi.
 
Qeyd edək ki, Avropa İttifaqı dekabrda Brüsseldə keçiriləcək sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmağı planlaşdırır

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol