• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiya bir səfirini itirdisə, Türkiyəni qazandı” – EKSPERT

“Rusiya bir səfirini itirdisə, Türkiyəni qazandı” – EKSPERT
20.12.2016 11:28
"Türkiyə öz məmurlarından kimisə itirməyə razı olardı, nəinki, bu məqamda Rusiyanın səfirinin Ankarada öldürülməsinə...”

Bunu ANN.Az-a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada güllələnərək öldürülməsini şərh edərkən deyib.
 


İcmalçının sözlərinə görə, Türkiyədə Rusiya səfirinin öldürülməsi Rusiyanın regionda aktivləşməsinə cavabdır:

"Sifarişçi qüvvələr bununla rəsmi Moskvanı qorxutmaq, Ərdoğanı Rusiya qarşısında çətin vəziyyətə salmaq və bununla da növbəti Türkiyə-Rusiya qarşıdurması yaratmaq niyyətindədirlər”.

Hərbi-siyasi icmalçının fikrincə, səfirin öldürülməsindən sonra iki dövlət arasında münasibətlərin pozulmasından söhbət gedə bilməz:

"Əksinə, bu hadisə Türkiyə-Rusiya münasibətlərini yaxşılaşdıracaq. Səfiri qətlə yetirənlər Türkiyəni qərbdə saxlamaq əvəzinə, şərqə doğru itələyirlər. Rusiya bir səfirini itirdisə, Türkiyəni qazandı”.

"Rusiya həm Türkiyədə, həm də regionda mövqelərini saxlayacaq. Bu ölkənin və xalqın xarakterini bilməyənlər, zaman-zaman Rusiyaya qarşı səhvlərə yol verirlər. Cavabını isə tarixdən oxumuşuq. Bu dəfə də belə olacaq. Su-24 döyüş təyyarəsinin vurulmasından sonra Rusiyanın Suriyada hərbi mövqelərinin güclənəcəyini demişdim və belə də oldu. Rusiya gərginliyin üzərinə gedəcək və qalib gəlməyə çalışacaq. Bu günə qədər rəsmi Moskva üçün məsələ Suriya ididsə, bundan sonra həm də Türkiyə olacaq. Ukraynanı Rusiyadan oğurlayan qərbə Türkiyədə zərbə vurulacaq. Deyərdim ki, artıq bu proses başlayıb. Ötən əsrin ortalarında Rusiya ilə qərb arasında "soyuq müharibə” şərqi Avropa torpaqları üzərində gedirdisə, göründüyü kimi bu dəfə iki bir-birinə əks qütblər Türkiyə və Suriyada toqquşublar. Son terror hadisəsindən sonra Rusiyanın ilk atacağı addım səfirin qətlinin sifarişçilərinin müəyyənləşdirilməsi olacaq. Yəqin ki, artıq rəsmi Moskva özünün dünyadakı bütün agentura şəbəkəsinə bununla bağlı tapşırıq verib.

Təbii ki, əlavə olaraq Türkiyə hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət də göstəriləcək. Rusiyanın baş naziri Dimitriy Medvediyev buna işarə olunan şəkildə açıqlama verib. "Səfirin qətli regional baxımdan nəyi dəyişə bilər?” sualına isə birmənalı cavab vermək mümkün deyil. Bəziləri Rusiyanın regiona daha çox hərbi qüvvə cəlb edəcəyini söyləyirlər. Lakin buna inanmıram. Çünki Rusiya artıq Suriyaya kifayət qədər hərbi qüvvə toplayıb. Düşünürəm ki, Rusiyanın ilk işi Suriya əməliyyatını tez bir zamanda yekunlaşdırmaq olacaq. Növbəti hədəf isə İranın köməkliyi ilə İraq olacaq. Bu, Rusiya strateqlərinin uzun illərdən bəri üzərində dayandıqları məsələdir. Yeri gəlmişkən, bu gün – dekabrın 20-də Moskvada Rusiyanın, Türkiyənin, İranın müdafiə və xarici işlər nazirlərinin birgə toplantısı keçiriləcək. Görünən odur ki, NATO-nun Türkiyədəki mövqeləri "çat” verib və bu "çat” böyüməyə başlayıb”, - deyə R.Məmmədli əlavə edib.    

Ramil Məmmədli Türkiyə-Rusiya münasibətlərini pozmağa çalışan qüvvələrin, birmənalı şəkildə "qərb” ölkələri olduğunu dedi:

"Yəni ABŞ-Avropa müttəfiqliyi. Türkiyədə və Suriyada mövqelərini itirməyə başlayan qərbin proseslərə reaksiyası ənənəvidir. Daxili qarşıdurma yaratma və mühüm şəxslərin terror yolu ilə aradan götürülməsi onların Türkiyədəki birinci cəhdi uğursuz oldu. Növbəti cəhd isə Rusiya səfiri oldu. İnanın ki, Türkiyə öz məmurlarından kimisə itirməyə razı olardı, nəinki bu məqamda Rusiyanın səfirinin Ankarada öldürülməsinə. Baş verənlər yaralı yırtıcının reaksiyasına bənzəyir. Osmanlını-Türkiyəni yaxın şərqdən güc yolu ilə çıxaran qərb 60 il Türkiyəni bu torpaqlara buraxmadı. İndi isə Türkiyə bu ərazilərdə Rusiyanın dəstəyi ilə irimiqyaslı əməliyyatlara başlayıb. Rusiya ilə hərbi-siyasi əməkdaşlıq Türkiyənin yaxın şərqdə mövqelərinin güclənməsinə və söz sahibi olmasına gətirib çıxaracaq”.    

Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol