• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti ilin əsas kibertəhlükələri məlum olub

Növbəti ilin əsas kibertəhlükələri məlum olub
22.12.2016 20:00
"Kasperski laboratoriyası” şirkəti 2017-ci ildə hakerlərin daha çox fond birjaları və investisiya fondlarına hücum edəcəyini, virtual valyutanın oğurlanması hallarının artacağını proqnozlaşdırır.

"ICTnews” Elektron Xəbər Xidməti "Rambler” resursuna istinadən yazır ki, növbəti ildə kiberhücumlara banklarla yanaşı, digər maliyyə təşkilatları, məsələn, fond birjaları və investisiya fondları məruz qalacaq, eləcə də kriptovalyuta risklə üzləşəcək.

"Son bir neçə ildə də kriptovalyuta sahəsində böyük dəyişikliklər baş verib: əvvəllər bazarda yalnız "Bitcoin” virtual valyutası mövcud idisə, bu gün müxtəlif kriptovalyutaların sayı 50-yə çatıb və onların təxminən 10-u ciddi bazar kapitallaşmasına malikdir. 2017-ci ildə kriptovalyutalar bazarında buraxılışı ilə real bankların məşğul olacağı yeni nümunələr yaranacaq ki, bu da yeni təhdidlərə səbəb ola bilər. Hakerlər maliyyə bazarı ilə yanaşı, neft və qızıl bazarları ilə manipulyasiya etməyə başlayacaqlar”, - şirkətin proqnozunda deyilir.

Məlumata görə, böyük məbləğli kriptovalyutaların oğurlanması hallarına bir neçə dəfə təsadüf edilib. Belə ki, böyük "Bitcoin” birjalarından biri "Mt.Gox” hesabından 850 min "Bitcoin” valyutası oğurlandıqdan sonra 2014-cü ilin aprelində fəaliyyətinin dayandırılması üçün müraciət edib. 2016-cı ilin iyununda isə naməlum şəxs "Decentralized Autonomous Organization” layihəsinin hesabından 43,9 milyon dollar məbləğində "blockchain” texnologiyası əsaslı efir (Ethereum) virtual valyutasını oğurlayıb. Haker bildirib ki, hesabdan vəsaitləri şirkətin fəaliyyət göstərdiyi qaydalardakı boşluqlardan istifadə edərək qanuni şəkildə çıxarıb.

"Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol