• $
  • €
  • ₽
  • ₺
  • £

2016-cı ildə süni intellektin 6 vacib uğuru

2016-cı ildə süni intellektin 6 vacib uğuru
30.12.2016 00:10
2016-cı il tarixə süni intellekt ili kimi düşüb.
 
Özünüidarə sistemləri, səsin tanınması və dərin təlim sahələrində irəliləyiş sayəsində kompüterlər əvvəllər qeyri-mümkün olan bir sıra böyük nailiyyətlər əldə ediblər. Bu nailiyyətlər aşağıdakılardır:
 
1. "AlphaGo” süni intellekti Qo oyunu üzrə dünya çempionuna qalib gəlib
Qo bəşəriyyət tərəfindən ixtira olunmuş ən mürəkkəb peşəkar oyun hesab edilir. Bu oyun inanılmaz sayda mümkün variantlar təklif edir və insan intuisiyasına əsaslanır. "AlphaGo” süni intellekti yaratdığı surətlərlə milyonlarla partiya oynayaraq bu oyunu mükəmməl mənimsəyib və cari ilin martında çempion Li Sedola üzərində qalib gəlib.
 
 
2. Sürücüsüz "Tesla” maşını infarkt keçirmiş insanı xəstəxanaya çatdırıb
Sürücüsüz nəqliyyat vasitəsi dünyada əsas müzakirə predmetlərindən biridir. Ancaq "Tesla” şirkətinin direktoru Elon Mask deyir ki, avtopilot sisteminə malik avtomobillər daha təhlükəsizdir. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının hesabatına əsasən, 2015-ci ildə adi avtomobillərlə qət edilmiş hər 100 milyon mildə ölüm faizi 1.3 hadisə təşkil edib, halbuki "Tesla” sürücüsüz avtomobili ilə qət edilmiş 130 milyon mildə bir bədbəxt hadisə qeydə alınıb. Bu halda şirkətin avtopilotu öz sahibi Coşua Nellinin qəfil ürək tutması zamanı onu xəstəxanaya çatdırıb.
 
3. Süni intellekt Kentukki derbisinin nəticələrini proqnozlaşdırıb
Mayda "UNU” adlı süni intellekt nüfuzlu at yarışının 4 qalibini finişə çatma ardıcıllığı üzrə öncədən müəyyənləşdirib. Heç bir ekspert bunu bacarmayıb. Beləliklə, kompüter 540/1 nisbətində qalib gəlib.
 
4. "Microsoft”un süni intellekti bugünkü gündə insan nitqini insanlardan pis anlamır
"Microsoft” cari ilin oktyabrında ilk dəfə süni intellektin danışığın avtomatik tanınması effektivliyi üzrə insanın imkanlarına yiyələnməsini nümayiş etdirib. Bu nəticəyə nail olmaq üçün şirkətin sistemi çox dəqiq və rekkurent neyron şəbəkələrindən istifadə edib.
 
 
 
5. Süni intellekt ABŞ-da prezident seçkilərinin nəticələrini proqnozlaşdırıb
ABŞ-da prezident seçkilərinin nəticələri siyasi sistemin insayderləri daxil olmaqla bir çoxları üçün sürpriz olub. Ancaq Hindistanın "MogIA” startapı öncədən 100% Trampın qələbəsini söyləmişdi. Şirkətin süni intellekti sosial mediada 20 milyon yazını təhlil edərək seçicilərin real simpatiyasını müəyyənləşdirməyə nail olub.
 
6. Süni intellekt xərçəng xəstəliyinin diaqnostikası üzrə inqilab edib
Səhiyyə sahəsində süni intellektin uğuru böyük əhəmiyyət kəsb edir. Məsələn, "IBM Watson” superkompüteri bugünkü gündə insan səhhətində təcrübəli diaqnostların diqqətindən qaçan problemləri aşkar etmək qabiliyyətinə malikdir. "Watson” superkompüteri 30% halda pasiyentlərə həkimlər tərəfindən buraxılmış əlavə diaqnoz qoyur.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol