• $
  • €
  • ₽
  • ₺
  • £

İran universitetlərində Azərbaycan dili və ədəbiyyatı tədris ediləcək

İran universitetlərində Azərbaycan dili və ədəbiyyatı tədris ediləcək
08.01.2017 17:46
Urmiya Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi üçün müvafiq icazə alınıb.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Urmiya Universitetinin rektoru Rəhim Hubnəqi bildirib.
 
R.Hubnəqi deyib ki, gələn semestrdən universitetdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə 2 dərs tədris olunacaq.  Azərbaycan dili dərsində iştirak könüllü olacaq.
 
Qeyd edək ki, Urmiya Universitetində 16 min 826 tələbə təhsil alır.  Bu universitetdə müxtəlif sahələr üzrə 87 fənn üzrə dərslər keçirilir.  Universitetin 487-dən çox müəllim-professor heyəti var.
 
Xatırladaq ki, 5 ay öncə İran Təhsil və Qiymətləndirmə Təşkilatı ilk dəfə olaraq  2016-2017-ci tədris ilində universitetlərin qəbul imtahan proqramına Azərbaycan dili və ədəbiyyatı fənnini də əlavə edib. Humanitar fənlər üzrə tələbə qız və oğlanların 2016-2017-ci tədris ilində Azərbaycan dili fənni üzrə də təhsil ala biləcəkləri açıqlanıb. Azərbaycan dili və ədəbiyyatı fənni universitetlərdə bakalavr pilləsi üzrə tədris olunacaq.
 
İran Konstitusiyası 15 və 19-cu maddələrində ana dilində tədris məsələsini nəzərdə tutur. Lakin bu iki maddə uzun illərdir ki, icra olunmayıb. Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi hökuməti bu maddələrin icrasına başlayıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol