• $
  • €
  • ₽
  • ₺
  • £

“Ağıllı” saat şəkər xəstələrinə kömək edəcək

“Ağıllı” saat şəkər xəstələrinə kömək edəcək
09.01.2017 21:47
"PKvitality” şirkəti "CES Innovation Awards” sərgisinin stendlərində qeyri-adi olmaqla yanaşı, qanda qlükozanın, eləcə də süd turşusu və başqa mübadilə məhsulları daxil olmaqla digər karbohidrat mübadiləsi pozuntularının bioloji əlamətlərinin səviyyəsinin ölçülməsi kimi vacib funksiyanı yerinə yetirən "ağıllı” "K’Track Glucose” saat prototipini nümayiş etdirib.
 
Saat 0,5 millimetr uzunluğunda mikroiynə vasitəsilə sutkada 30-dək ölçmə apararaq orqanizmin aktual göstəricilərini nümayiş etdirir. Bu, xüsusilə insulin terapiyasının başlanğıcında olmaqla 1-ci və 2-ci tip şəkərli diabet xəstələri üçün faydalı alətdir.

"ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, hiss edilməyən, ağrısız analizin aparılması üçün "SkinTaste” texnologiyasından istifadə olunur. "K’Track Glucose” qlükoza və süd turşusunu ölçməklə yanaşı, sərf olunan kalorilərin miqdarını, atılan addımların sayını və müddət ərzində qət edilən məsafəni hesablayır. Qiyməti 200 dollar təşkil edəcək qurğunun korpusunda sensor üçün hər ay əlavə 150 dollar ödəmək tələb olunacaq. Ümumilikdə isə istifadəçi istismar üçün illik 1 350 dollar ödəyəcək. Hazırda analoji qiymətə üçaylıq müddət üçün birdəfəlik sınaq çubuqları dəstini əldə etmək olar. 2018-ci ildə satışa çıxarılması nəzərdə tutulan "K’Track Glucose” istehsal texnologiyalarının ucuzlaşmayacağı təqdirdə bahalı qurğular sinfinə aid olacaq.

Şirkət, həmçinin ürək döyüntülərinin sayını, qanda süd turşusunun, eləcə də oksigenin səviyyəsini hesablayan "K’Track Athlete” idman bilərziyini təqdim edib. Bilərziyin qiyməti və dəyişilən sensorun qiyməti "K’Track Glucose” saatının qiymətinə uyğundur.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol