• $
  • €
  • ₽
  • ₺
  • £

Ən kiçik raketin orbitə buraxılışı uğursuz oldu

Ən kiçik raketin orbitə buraxılışı uğursuz oldu
15.01.2017 13:14
Yaponiyanın  istehsal etdiyi dünyanın ən kiçik peyk daşıyan SS-520-4 tipli raketin orbitə buraxılışı uğursuz olub.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "Kiodo” agentliyi məlumat yayıb. 

Məlumata görə, daşıyıcı raket buraxıldıqdan bir müddət sonra dənizə düşüb. Raketin ikinci bölməsində yanacağın alışmadığı ehtimal olunur.  

Qeyd edək ki, NHK telekanalı bundan əvvəl  peyk daşıyan ən kiçik raketin orbitə uğurlu buraxılışının həyata keçirildiyini bildirmişdi. 

*** 06.19

Yaponiya Aerokosmik Agentliyi (JAXA) peyk daşıyan ən kiçik raketin orbitə uğurlu buraxılışını həyata keçirib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, SS-520-4  tipli daşıyıcı raket yerli vaxtla 08.33-də (Bakı vaxtı ilə 03.33-də) Kaqosima prefekturasındakı Utinomura Kosmik Mərkəzdən orbitə buraxılıb.  

Məlumata görə, kommunikasiya peyki 7,5 dəqiqədən sonra 200 km hündürlükdə müəyyən edilmiş orbitə çatıb.   

Qeyd edək ki, süni peyki orbitə çatdıra bilən SS-520-4  raketi dünyanın ən kiçik daşıyıcı raketidir. Onun hündürlüyü cəmi 9,5 metr, diametri 50 sm, çəkisi isə 2,6 ton təşkil edir. Bu vaxtadək orbitə buraxılan ən kiçik "Epsilon” raketinin hündürlüyü 25 m olub.  

Yaponiyanın orbitə buraxdığı peykin parametrləri də çox kiçikdir – çəkisi cəmi 3 kq, ölçüləri isə 11,66 Х 11,6 Х 34,6 sm təşkil edir.

Raket və peykin inşası və kosmosa buraxılmasına sərf olunan xərclər də əhəmiyyətli dərəcədə az olub – təxminən 3,47 mln. dollar. Belə ki, ənənəvi Н2А tipli raketin kosmosa buraxılması orta hesabla 100 mln. dollardan çox vəsait tələb olunub.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol