• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatın həyat yoldaşı özünə atəş açdı - Türkiyədə

Deputatın həyat yoldaşı özünə atəş açdı - Türkiyədə
15.01.2017 15:17
Yanvarın 14-də axşam saatlarında Türkiyədə Milliyətçi Hərəkat Partiyasının deputatı Saffet Sancaqlının həyat yoldaşı Hülya Sancaklı intihara cəhd edib.

ANN.Az APA-ya istinadən verdiyi məlumata görə, H.Sancaqlı tapançadan başına atəş açıb.

Vəziyyəti ağır olan H.Sancaqlı İstanbulda özəl bir xəstəxanaya yerləşdirilib, üzərində cərrahi əməliyyat aparılıb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən H.Sancaqlının vəziyyətinin ağır olduğu açıqlanıb.

S.Sancaqlı olaydan xəbərdar olduqdan sonra Ankaradan İstanbula uçmaq üçün təyyarə tapa bilməyib. Baş nazir Binəli Yıldırımın təlimatı ilə S.Sancaqlı baş nazir üçün ayrılmış təyyarə ilə Ankaradan İstanbula yola salınıb.

Qeyd edək ki, 1966-cı il fevralın 27-də keçmiş Yuqoslaviyada Tutin şəhərində anadan olan S.Sancaqlı Türkiyədə "Kültürspor”, "Vefa”, "Beşiktaş”, "Eskişehirspor”, "Konyaspor”, "Sarıyer”, "Kocaelispor”, "Qalatasaray”, "Kocaelispor”, "Fənərbağça” və "Konyaspor” futbol klublarında hücumçu mövqeyində oynayıb. Futbolçu karyerasına 1999-cu ildə "Konyaspor” klubunda son qoyub. Türkiyə çempionatında ümumilikdə 130 qol vurub, 20 dəfə Türkiyə milli komandasının formasını geyinib, bu oyunlarda 6 qol vurub. Son parlament seçkilərində MHP-nin Kocaelindən deputatlığa namizədi olub və deputat seçilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol