• $
  • €
  • ₽
  • ₺
  • £

“Microsoft”: “Windows 10” kompüterlər üçün əməliyyat sistemləri bazarında liderdir

“Microsoft”: “Windows 10” kompüterlər üçün əməliyyat sistemləri bazarında liderdir
31.01.2017 21:58
"Microsoft” şirkətinin məlumatına görə, "Windows 10” dünyada masaüstü kompüterlər üçün ən populyar əməliyyat sistemidir. Proqram nəhənginin məlumatları müstəqil ekspertlərin hesablamaları ilə uyğun gəlmir.

"Microsoft” şirkətinin məlumatına istinadən "Softpedia” internet nəşri yazır ki, hazırda dünyada masaüstü kompüterlərin 46%-i "Windows 10” əməliyyat sistemi ilə işləyir. "Windows 7” və "Windows 8.1” əməliyyat sistemlərinin payı müvafiq olaraq 39% və 13% hesablanır.

"ICTnews” Elektron Xəbər Xidməti "dailycomm.ru” saytına istinadən yazır ki, proqram nəhənginin rəsmisi bildirib ki, statistika 2016-cı ilin noyabrında toplanılmış məlumatlar əsasında tərtib edilib.

"Microsoft”un məlumatlarına əsasən, "Windows 10” sisteminin bazar payı 2015-ci ilin iyulundan etibarən sürətlə artıb, amma son aylar "Windows 7”  və "Windows 8.1” sistemləri ilə işləyən kompüter istifadəçiləri üçün pulsuz quraşdırmanın dayandırılması səbəbindən artım tempi zəifləyib.

Qeyd etmək lazımdır ki, "Microsoft”un məlumatları "NetMarketShare” və "StatCounter” xidmətlərinin informasiyasından fərqlənir. Belə ki, 2016-cı ilin dekabrına olan məlumata görə, dünyadakı kompüterlərin 27.2%-i "Windows 10” əməliyyat sistemi ilə işləyir. "Windows 7” sisteminin bazar payı 40.2% təşkil edir. "Apple” şirkətinin "macOS” (11%) platforması ilk üçlükdə qərarlaşıb.

"NetMarketShare” tədqiqat şirkətinin məlumatına görə, 2016-cı ilin dekabrında "Windows 7” sisteminin bazar payı 48.3%, "Windows 10” platformasında isə 24.4% təşkil edib.

"NetMarketShare” və "StatCounter” xidmətlərinin statistikasına görə, "Windows 10” əməliyyat sisteminin mövqeyi ancaq "Microsoft” şirkətinin qələmə verdiyi sürətdə olmasa da, güclənməyə davam edir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol