• $
  • €
  • ₽
  • ₺
  • £

Bu brauzerin növbəti versiyası çox sürətli olacaq

Bu brauzerin növbəti versiyası çox sürətli olacaq
01.02.2017 17:15
Ötən həftə "Google” şirkəti "Chrome” brauzerinin "macOS”, "Windows” və "Linux” əməliyyat sistemləri üçün sabit 56-cı versiyasını istifadəyə verib. Son versiyada bir neçə vacib dəyişiklik reallaşdırılıb: veb səhifələrin yenidən yüklənməsinin sürətlənməsi, "FLAC” audiokodekinin dəstəklənməsi, təhlükəli saytlar haqda xəbərdarlıq və "Flash” texnologiyasından "HTML 5”-ə keçid. Amma məlum olub ki, "Chrome 56” brauzerində elan edilməmiş daha bir funksiya tətbiq edilib.

"ICTnews” Elektron Xəbər Xidməti "4pda.ru” saytına istinadən yazır ki, veb tərtibatçı Semuyel Rid deyib ki, "Google”un mühəndisləri "Chrome 56” brauzerində fon vərəqləri istifadə edilmədikdə onların söndürülməsi üçün yeni mexanizm tətbiq etmək istəyiblər. Bu, nəzəriyyədə məhsuldarlığı yüksəltməyə, həmçinin noutbuk və başqa yığcam qurğuların avtonom iş vaxtını yaxşılaşdırmağa kömək etməlidir. Amma reallıqda funksiya düzgün işləməyib.

"Google” şirkəti "Chrome 56” brauzerinin adi istifadəçilər üçün istifadəyə verilməsindən öncə bu funksiyanın tətbiqi ilə müəyyən problemlərin ortaya çıxacağını nəzərə alaraq texnologiyanın üzərində işləri davam etdirməyə qərar verib. Mütəxəssislər söz veriblər ki, onlar yeni mexanizmə düzəlişlər edəcəklər və müsbət rəylər olduğu halda funksiya "Chrome 57” brauzerində istifadəyə veriləcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol