• $
  • €
  • ₽
  • ₺
  • £

PKK-ya yardım edən ölkələrin adı AÇIQLANDI

PKK-ya yardım edən ölkələrin adı AÇIQLANDI
05.02.2017 15:04
Son dövrdə ortaya çıxan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sənədlərində Suriyanın terror təşkilatı PKK-ya hər cür dəstəyi təmin etdiyi bildirilib.
 
Modern.az xarici mediaya istinadən xəbər verir ki, MKİ-nin sənədlərində 1980-ci illərin əvvəlindən etibarən adı keçməyə başlayan terror təşkilatı PKK haqqında ətraflı məlumatlar gözə dəyib.

PKK-nın ideoloji və təşkilati quruculuğunun da yer aldığı çoxsaylı sənəd və hesabatda təşkilata dəstək olan ölkələr haqqında da məlumat verilib.
MKİ sənədlərində İran-İraq müharibəsinin dalana girməsi nəticəsində  əldə etdiyi xarici yardımlarda artım təmin edən terror təşkilatı PKK-nın həyatda qalması üçün geniş ölçüdə xarici dəstəyə ehtiyac duyduğu qeyd olunub. PKK-ya yardım edən ölkələrin başında isə Suriya qarşıya çıxır.

Suriyanın paytaxtı Dəməşqdəki ABŞ səfirliyindən gələn məlumatlara əsaslanan iyun 1985-ci il tarixli "Çox Gizli" damğalı bir hesabatda Suriya rejiminin tikintisinə 1983-ci ildə başlanan Atatürk Su Anbarına görə narahat olduğu bildirilib.

Hesabatda, "Suriyanın Türkiyə münaqişə yaşadığı məsələlərdə təzyiq altında saxlamaq üçün PKK-nı dəstəklədiyi" məlumatı yer alıb.
 
PKK-ya xarici dəstək
 
MKİ terror təşkilatı PKK haqqında 1985-ci il avqustun 26-da 12 səhifəlik bir başqa hesabat daha hazırlayıb. Hesabatda PKK terrorunun tarixi, təşkilatın ideoloji quruculuğu, Türkiyənin kürd məsələsinə baxışı və terror hücumları ilə yanaşı, PKK-ya qarşı "Xarici Dəstək" başlıqlı bölüm diqqət çəkir.

Bu hissədə PKK-ya dəstək verən ölkələr haqqındakı hesabatda yer alan məlumatların böyük əksəriyyətinin MKİ tərəfindən senzuraya məruz qaldığı gözə dəyir. PKK-nın Şimali İraqda fəal olduğu və İran tərəfindən dəstəklənən Kürd Hizb İslam partiyası ilə ittifaq içində olduğu bildirilir.
Həmin hesabatda Ankaranın PKK-ya edilən xarici dəstək haqqındakı narahatlıqlarına yer verilərək, Suriya ilə yanaşı, Liviyanın da PKK-ya bilvasitə dəstək olduğu məlumatı bölüşdürülüb.
 
Türkiyənin haqlı əsasları
 
MİK-in 1986-cı il fevralın 12-də "Suriya Təhdidi" başlığı ilə hazırladığı bir başqa sənəddə də Türkiyə və Suriya arasındakı əlaqələr haqqında məlumatlar bölüşdürülərkən, iki ölkə arasında siyasi fərqlərin hər an "ciddi bir ölçü" qazana biləcəyi ifadə edilir.

Hesabatın "Terror problemi" başlıqlı hissəsində Suriya rəhbərliyinin SSRİ-nin dəstəyi ilə kürd və ermənilər başda olmaqla Türkiyə əleyhinə terror təşkilatlarına yardım etdiyinə qarşı Türkiyənin məlumat ötürdüyü bildirilir.

Hesabatda həmçinin Suriyanın İraqda da PKK-ya yardım etdiyi bildirilir:
 
"Suriya İraqdakı PKK faktorlarına çox dəstək olur və Suriya hökuməti İraqdakı kürdlərin Türkiyədəki PKK faktorlarına yardım etməsini əngəlləmək istəsə də, bunu etməkdə çətinlik çəkir".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol