• $
  • €
  • ₽
  • ₺
  • £

5411 nəfər ABŞ vətəndaşlığından cıxıb

5411 nəfər ABŞ vətəndaşlığından cıxıb
09.02.2017 13:20
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ABŞ vətəndaşlığından çıxıb.

ANN.AZ/ Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ABŞ vətəndaşlığından imtina edib.

"Report” "The Wall Street Journal”a istinadən xəbər verir ki, B.Conson ABŞ-da doğulduğundan o, həm də bu ölkənin vətəndaşlıq pasportuna malik olub.

B.Conson bildirib ki, Nyu-Yorkda doğulub, 5 yaşı olanda ABŞ-dan köçüblər. Amma buna baxmayaraq bu ölkənin vətəndaşlığını saxlayırmış. Onun sözlərinə görə, 2014-cü ildə ABŞ hökuməti ondan Londonda satdığı evinin vergisini ödəməyi tələb edib. B.Conson deyib ki, həmin tələbdən sonra ABŞ vətəndaşlığından imtina edib.

Məlumatda vurğulanıb ki, XİN başçısının ABŞ-da 50 min dollar məbləğində gəlir vergisi borcu var. 

Jurnal 2016-cı ildə ABŞ vətəndaşlığından imtina edənlərin siyahısını da dərc edib. Ölkənin Maliyyə Nazirliyi hər rüb belə siyahı açıqlayır.

Ötən il 5411 nəfər ABŞ vətəndaşlığından imtina edib. İnformasiyada bildirlib ki, 2016-cı ildə ABŞ pasportundan imtina edən ikili vətəndaşı olanların sayı 1990-cı illə müqayisədə 26 faiz artaraq, rekord həddə çatıb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol