• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada prezident seçkiləri öncəsi avro ucuzlaşa bilər

Fransada prezident seçkiləri öncəsi avro ucuzlaşa bilər
09.02.2017 20:57
Lakin avronun məzənnəsinin bu il 1,04-1,10 USD/EUR diapazonunda hərəkət edəcəyi gözlənilir

ANN.AZ/ Avronun ABŞ dollarına qarşı məzənnəsi Fransadakı siyasi qeyri-müəyyənliklər səbəbindən azalmağa başlayıb. 

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, avronun ucuzlaşmasına səbəb Fransada keçiriləcək prezident seçkiləridir. Belə ki, prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək. Əhali arasında keçirilən sorğuya əsasən, prezident seçkilərinin ilk turunda Milli Cəbhə Partiyasının lideri Marin Le Pen 24%-lə qalib gələcək. Onun rəqibləri keçmiş iqtisadiyyat naziri Emmanuel Makronun 21%, eks-baş nazir Fransua Fiyonun isə 19% səs yığacağı gözlənilir.

Qeyd edək ki, Le Penin seçki öncəsi proqramında Fransanın "milli müstəqilliyi"nin bərpası, emiqrantların ölkəyə axınının sayının azaldılması, konstitusiyaya dəyişikliklər yer alıb. Xatırladaq ki, M.Le Pen Avropa İttifaqı və avro pul vahidinin tətbiqi ilə bağlı referendumun keçirilməsi zərurəti ilə bağlı fikirlər səsləndirib.

"Report"un analitik qrupu bildirir ki, Avropada siyasi proseslər Fransadakı seçkilərlə bitmir. Yay aylarında analoji hadisə İtaliyada da gözlənilir: "Məhz bu səbəbdən avronun ucuzlaşması qaçılmazdır. Lakin ABŞ hakimiyyətinin dolların bahalaşmasına qarşı olması avronun kəskin ucuzlaşmasının qarşısını alacaq. Nəticədə, avro/dollar cütlüyünün məzənnəsinin 2017-ci ildə 1,04-1,10 USD/EUR diapazonunda hərəkət edəcəyi gözlənilir".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol