• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirin velosipedini oğurladılar

Nazirin velosipedini oğurladılar
16.02.2017 12:20
Belçikanın Flaman bölgəsinin Nəqliyyat və tikinti nazirinin velosipedi oğurlanıb.

ANN.Az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə nazirin yeni velosiped yollarının salınması ilə bağlı keçirdiyi mətbuat konfransı zamanı olub.

Avropada nəqliyyat problemlərinin ən çox yaşandığı ölkələrdən olan Belçikada hökumətlər alternativ nəqliyyat vasitələrinin istifadə edilməsinə çalışır.

Ötən il metroda baş verən terror hadisəsinə görə ölkədə velosiped sürənlərin sayı 30 faiz artıb. Hətta federal hökumət işə velosipedlə gedib-gələnlərə əlavə pul ödənilməsinə qərar verib.

Flaman bölgəsində isə hökumət yeni velosiped yollarının salınmasına çalışır. Hökumətin planına görə, 2019-cu ilədək bu işlərə 300 milyon dollar xərclənəcək. Flaman Nəqliyyat və tikinti naziri Ben Weyts də bu planı açıqlamaq üçün keçirəcəyi mətbuat konfransına 2 kilometr uzaqlıqdakı evindən velosipedlə və velosipedçi geyimində gəlib.

Velosipedini Brüsselin cənubunda yerləşən Halle dəmiryolu stansiyasındakı bir veloparka kilidləyən nazir təxminən yarım saat çəkən görüşdən sonra velosipedi ilə şəkil çəkdirmək istəyəndə məyus olub. Nazirin velosipedi yerində olmayıb. O, əvvəlcə bunun bir zarafat olduğunu düşünüb. Lakin sonradan məlum olub ki, nazirin velosipedi oğurlanıb.

Nazir "xeyli bahalıdır” dediyi velosipedi parka kilidlədiyindən əmindir. Buna baxmayaraq oğurlanmasına xeyli təəssüf edib. Oğurluq hadisəsini "Twitter” hesabından da təsdiq edən nazir polisə müraciət edərək şikayətçi olub. Polis stansiyanın təhlükəsizlik kameralarına düşən kadrlar əsasında oğrunun axtarışına başlayıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol